24 C
Bakı
26 Sentyabr 2025 14:41
Maraqlı

Elmin açmağa çalışdığı sirr: Gövdəsindən su axan 150 yaşlı tut ağacı – VİDEO

Monteneqronun cənub-şərqində yerləşən Dinoşa kəndindəki qocaman tut ağacı hər kəsi heyrətə salıb.

 

Tacxeber.com xarici mətbuata istinadla xəbər verir ki, bu qeyri-adi tut ağacının gövdəsindən dayanmadan su axır. Yağışlı havalarda isə “canlı fəvvarə”nin suyu ətrafda böyük gölməçələr yaradır.

 

Kənardan baxanlar ağacın içərisinə su borusunun yerləşdirildiyini və boruya təzyiqlə su axıdıldığını zənn edir.

 

Halbuki burada heç bir su təchizatı yoxdur. Su təbii yolla təxminən bir yarım metr yüksəkliyə qalxır və ağacın gövdəsindən axıb tökülərək qeyri-adi mənzərə yaradır.

 

Qocaman tut ağacı çoxlarına mistik hal, sirr kimi görünsə də, alimlər tut bulağının sirrini  yeraltı sularla əlaqələndirirlər.

 

Onların fikrincə, torpağın altında yaranan hövzələrin suyu ağacının ətrafına toplanır. Nəticədə orada yaranan təzyiq suyun ağacın gövdəsindəki boşluqlardan və çatlardan sıçrayıb axmasına yardım edir.

 

Qeyd edək ki, tut ağacının artıq 150 yaşı var və onun “canlı fəvvarəsi” də ən azı 25 ildən çoxdur ki, insanları heyrətdə saxlayıb.


Tacxeber.com

Oxşar xəbərlər

Buranın kişiləri arvadından qorxur, üzlərini örtüb qadının soyadına keçirlər

redaktor

Mütəxəssislər bitkiləri “Coca Cola” ilə sulamağa çağırış edib

redaktor

Bu kənddə demək olar hər kəs böyrəyini satıb – FOTOLAR

admin