27 C
Bakı
29 Avqust 2026 00:33
DünyaHadisə

Britaniya hökuməti Fərhad Əhmədovu sanksiyalar siyahısından çıxarıb.

Britaniya hökuməti Fərhad Əhmədovu sanksiyalar siyahısından çıxarıb.

 

Britaniya hökuməti Azərbaycan əsilli rusiyalı iş adamı Fərhad Əhmədovu sanksiyalar siyahısından çıxarıb.

 

Valyuta.Az xəbər verir ki, bu barədə məlumat Böyük Britaniyanın Maliyyə Nazirliyinin rəsmi saytında yayımlanıb.

 

“Birləşdirilmiş siyahıdan aşağıdakı şəxs çıxarılıb və artıq aktivlərin dondurulması və ya etimad xidmətlərinə dair sanksiyalara məruz qalmır: Fərhad Əhmədov” – bildirişdə deyilir.

 

Məhdudiyyətlərin götürülməsinin səbəbi açıqlanmayıb.

 

Qeyd edək ki, Fərhad Əhmədov 13 aprel 2022-ci ildə Britaniyanın qara siyahısına əlavə olunub. London onun sanksiyalara məruz qalmasını iş adamının Rusiya hökumətini strateji əhəmiyyət kəsb edən sahələr – informasiya, rabitə və rəqəmsal texnologiyalar vasitəsilə dəstəkləməsi ilə izah edib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Milli Qəhrəman, general, qətl və bir jurnalistin başına gələnlər

redaktor

Moskvanın qarşısında seçim: Azərbaycanla münasibətlər, yoxsa təxribatlar?

redaktor

Azərbaycan diplomatlar üçün hərbi risk yaradan ölkələr siyahısına İranı da əlavə edib

redaktor