Din

Qayda dəyişir: 2030-cu ildə 2 dəfə oruc tutacağıq

Ramazan ayı hər il 10-12 gün tez başladığı üçün 2030-cu ildə iki dəfə oruc tutulacaq.

 

Tacxeber.com xəbər verir ki, Hicri təqvimi Miladi təqvimdən təxminən 10-12 gün qısa olduğu üçün Ramazan ayı hər il bir qədər tez başlayır.

 

Bu dövr təxminən 33 ildən bir tamamlanır və Ramazan eyni tarixə qayıdır.

 

2030-cu il bu xüsusi hallardan biri kimi tarixə düşəcək. Ramazan yanvar ayında başlayacaq və bir ay davam edəcək. Lakin ilin sonunda, dekabrda Ramazan ayı yenidən başlayacaq. Beləliklə, müsəlmanlar 2030-cu ildə iki dəfə Ramazan orucunu tutmuş olacaqlar.

 

2031-ci ildə Ramazan ayı şimal yarımkürəsində qış aylarına düşəcək. Günlərin ən qısa olduğu bu dövrdə oruc tutma müddəti də ən aşağı səviyyədə olacaqdır.

 

2047-ci ildə əksinə olacaq. Ən qısa orucluq dövrü 2031-ci ildə yaşanacaqsa, bunun əksi 2047-ci ildə yaşanacaq. Bu il Ramazan ayı iyun ayına təsadüf edəcək və oruc ən uzun günlərdə tutulacaq. Xüsusilə də şimal yarımkürəsində günlərin 18-20 saatdan çox davam etdiyi ölkələrdə oruc tutma müddəti kifayət qədər uzun olacaq.

Tacxeber.com

Oxşar xəbərlər

Şiələrin dördüncü imamı Zeynalabidinin oglu Zeydin başının dəfn edildiyi güman olunan yer

admin

Fitrə zəkatı adambaşına bu qədər müəyyən edildi – VACİB AÇIQLAMA

redaktor

İslamın Avropada yeri yoxdur.

admin