Dünya

Putin oruc TUTUR?

Kremlin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin oruc tutub-tutmaması ilə bağlı suala cavab verməkdən imtina edib.

Tacxeber.com“qazeta.ru”ya istinadən xəbər verir ki, Kremlin sözçüsü oruc tutmağın hər bir insan üçün “müqəddəs” olduğunu bildirib.

“Bu ictimai müzakirə edilməməlidir. Biz bu suala cavab verib-verməyəcəyimizi düşündük. Amma oruc tutmaq, hamı üçün o qədər müqəddəsdir ki, yəqin ki, onu ictimai müzakirəyə çıxarmağa dəyməz”.

Qeyd edək ki, martın 3-də provaslav xristianlar üçün 40 günlük “böyük orucluq” müddəti başlayıb.

Məlumat üçün qeyd edək ki, provaslav xristianlar Pasxa bayramından öncəki orucluq müddətində qida qəbulunu məhdudlaşdırır və heyvan mənşəli qidaları rasionlarından çıxarırlar.

Tacxeber.com

Oxşar xəbərlər

Əvvəl bəxtəvərlər evi idi, sonra bədbəxtlər evinə çevrilən hökümət evi

admin

Dolların hökmranlığına qarşı yeni maliyyə cəbhəsi

redaktor

Şərqin Z nəsli dindən çıxacaq: qarşısıalınmaz proses başlayıb

redaktor