18 C
Bakı
21 Oktyabr 2026 10:24
DünyaSiyasət

Ukrayna cəbhədə irəlilədikcə Tramp Kiyevə təzyiqi artırır

Krasnov (Tramp) Zelenskini müharibəni dayandırmağa çağırıb. Ağ Evdəki çıxışında bildirib ki, Ukrayna xalqı artıq uzun sürən bu müharibəyə dözə bilmir və Zelenski sövdələşməyə getməlidir. O, Rusiyanın hərbi resurslarına və ələ keçirdiyi ərazilərə toxunaraq, Moskvanın hərbi üstünlüyünə malik olduğunu iddia edib.

Müharibənin davam etdiyi 5 ilə yaxın müddətdə Tramp artıq üçüncü dəfədir ki, cəbhədə vəziyyət Ukraynanın xeyrinə dəyişərkən açıq şəkildə Rusiyanın tərəfinə keçir və Kiyevə zərbə vurur. Bu dəfə:
Ukrayna ordusu “Vivaldi” əməliyyatı çərçivəsində Rusiya ordusunu sıxışdırıb, 1000 kvadrat kilometrdən çox ərazini azad edib, Donbasın mühüm şəhərlərini (Slavyansk, Kramatorsk) mühasirə təhlükəsini ləğv edib.
Avropa müttəfiqlərinin köməyi ilə həm ballistik raket proqramlarını başa çatdırıb, həm də dron texnologiyalarında olduqca mühhüm naliyyətlər əldə edib, habelə Rusiyanın raket, dron hücumlarına qarşı HHM sistemlərini təkmilləşdirib.
Rusiya təkcə sentyabr ayında 50 mindən çox hərbçi itirib, bu müharibədə orta aylıq itki sayından (30-35 min nəfər) xeyli çoxdur. Cəbhədə sürünən irəliləyiş dayandırılıb və artıq nə orduda, nə də siyasi rəhbərlikdə hərbi qələbəyə dair illuziya yoxdur. Ona görə Kiyev, Odessa, Xarkov və s. şəhərlərdə mülki əhali və infrastruktur bombardman edilərək psixoloji üstünlüyü saxlamağa çalışır. Paralel olaraq əhalinin mübarizə əzmini qırmağa, Tramp kimi müttəfiqlərinin əlində “üstünlük” görüntüsü verməyə cəhd edir.
Bu sıraya Avropa İttifaqı və NATO səviyyəsində Ukraynaya verilən hərbi, texnoloji, maddi və siyasi dəstəyin artıq sabitləşdiyini, bunun əksinə,  Rusiyanın ağır iqtisadi böhrana sürükləndiyini və dəhşətli hərbi-iqtisadi itkilərə uzunmüddət tab gətirə bilməyəcəyi məlum olanda Tramp hərəkətə keçir.  Dərhal “Patriot” raketlərinin tədarükünü və kəşfiyyat məlumatların ötürülməsini dayandırır, “Starlink” internetinin sürətini aşağı salır…

Tramp Rusiya hakimiyyətinin ən etibarlı müttəfiqidir, bu müharibədə o, Ukraynaya və Avropaya qarşıdır. Bəlkə də hazırda Avropa ölkələrində baş verən hadisələrdə Trampçıların xüsusi rolu da var.
Rusiyada da görürlər ki, bu “əzəmətli” müttəfiq qürub çağını yaşayır, ABŞ-də aralıq seçkilərdən sonra “topal ördəyə” çevriləcək.  Ona görə onun səlahiyyət və imkanlarından maksimum istifadə edərək Ukraynaın müdafiəsini dağıtmağa, hərbi uğurlarını dayandırmağa, onu təslimçi sülhə məcbur etməyə çalışırlar. Ukrayna və müttəfiqləri yanvara qədər dözə bilsə, bu kabus bitəcək və Rusiyanın müharibədə sürəktli çöküşü qaçılmaz olacaq.

 

Elçin Rüstəmli

Tacxeber.com

Oxşar xəbərlər

Forbes: “Hicab və İsrail məsələsi Türkiyə ilə Azərbaycan arasında gərginlik yaradıb”

admin

Konstitusiyaya istinad edənlər onun dünyəvi dövlət prinsipini də qəbul edirlərmi?

redaktor

Türkiyənin “hassasiyeti”ləri

redaktor