24 C
Bakı
21 Oktyabr 2026 13:52
DünyaSiyasət

Yəməndə böyük hücumun hazırlıqları son mərhələyə keçir

Ər-Riyad Yəməndəki proksi qüvvələrinin husilərə qalib gələcəyinə ümidini itirdikdən, Türkiyə, Pakistan və Suriyanın Yəmənə qoşun yeritməyəcəyinə əmin olduqdan sonra quru əməliyyatlarına öz ordusu ilə qoşulmaq məcburiyyətində qalıb. S.Ərəbistanı Yəmənə hücuma hazırlıq işlərinə başlayıb. Gözlənildiyi kimi, Səudi qoşunu cənub sərhədlərindən, Qırmızı dəniz boyunca Hudeydə istiqamətində irəliləməyi planlaşdırır.

Ötən həftə Səudiyyə Ərəbistanı artıq iki hücum helikopterini itirib: Kral HHQ-yə məxsus AH-64 və Səudiyyə Milli Qvardiyasına məxsus AH-6. Hər iki halda husilər İranın 358/359 zenit sistemindən istifadə ediblər. Husilər bir “Typhoon” qırıcı təyyarəsini də vurublar, lakin təyyarə yalnız yüngül xəsarətlərlə xilas ola bilib – raket təyyarənin yaxınlığında partlayıb, pilot uçuşu nəzarətdə saxlaya bilib və əməliyyatı dayandıraraq, dərhal bazaya qayıdıb.

3 gün əvvəl isə Misirin S.Ərəbistanına hərbi kontingent göndərmək təklifi sürpriz oldu. Maraqlıdır ki, Misir S-300V HHM sistemi istifadə edən azsaylı ölkələrdən biridir. Qahirə onun ixrac versiyasını – S-300VM (Antey-2500) versiyasını alıblar. Hazırda bu versiya xarici müştərilər üçün mövcud olan ən qabaqcıl raket əleyhinə sistemdir. Raketdən müdafiə imkanları baxımından S-300V S-400-dən xeyli üstündür. Lakin S-400 ilə müqayisədə S-300V daha mürəkkəb bir sistemdir. Bu HHM sisteminin potensialını tam şəkildə həyata keçirmək üçün onun heyəti yalnız onun iş prinsiplərini başa düşməməli, həm də sistemin bütün xüsusiyyətlərini bilməli və məharətlə tətbiq etməlidir. Xüsusi sektor skan radarlarına əlavə olaraq, buraxılış qurğuları öz radar idarəetmə sistemləri ilə təchiz olunmuşdur. Bunlar sursatı hədəfə dəqiq şəkildə yönəltməyə kömək edir. Misir ordusunun raket əleyhinə döyüşə nə dərəcədə hazır olduğunu demək çətindir, hər halda Misir HHM heyətinin hələlik S-300V ilə döyüş təcrübəsi yoxdur. S-300V-nin S.Ərəbistanına yerləşdirilməsinə qərar verilərsə, hətta optimal şərtlər altında belə onlar dərhal effektli olmaya bilər.

Lakin Qahirənin raket əleyhinə döyüşdə S-300V-dən az effektli olsa da istismarı daha sadə olan ixrac versiyalı Buk-M1-2 və Buk-M2 sistemləri var. Onlar “Ənsarallah”ın ballistik raketlərinin böyük əksəriyyətinin öhdəsindən gələ bilər, qanadlı raketlərə qarşı isə yüksək effektlidirlər.

Hələlik Səudiləri yalnız Misir tez bir zamanda kifayət sayda HHM sistemləri ilə təchiz edə bilər. Amma Misir bu işə girişsə, Türkiyə və Pakistan MBS-ə təsir imkanlarını itirəcəklər. Deməli, ya onlar da Səudiyyənin azı müdafiəsində daha aktiv olmalıdırlar, ya da Misirin bunu etməsinə imkan verməməlidirlər.

Ola bilər, husilərə qarşı böyük hücum planlaşdırılıb. Bu zaman Misir Səudiyyənin strateji obyektlərinin hava hücumundan müdafiəsini təmin edəcək (Türkiyə və Pakistan da ona qoşulacaqlar, yəqin – hər halda bunu inkar etmirlər). Kəşfiyyat dəstəyini ABŞ və İsrail verəcək. Hücumda daxildən Səudilərin proksi qüvvələri, xaricdən Səudi qoşunu iştirak edəcək. Hava hücumunu Səudiyyənin və güman ki, ABŞ-ın aviasiyası həyata keçirəcək.

Bu hücum nə vaxt ola bilər?

Düşünürəm ki, hücum “Theodore Roosevelt” AZQ və “Makin Island” desant zərbə qrupu Ədən körfəzində mövqe tutandan sonra başlayacaq – 3 noyabr seçkilərindən sonra. Əvvəl dənizdən (ABŞ) və qurudan (S.Ərəbistanı) husilərin strateji obyektlərinə, xüsusən də Hudeydə və Moxa limanlarına aviazərbələr endiriləcək. Sonra desant qrupu müvafiq təyyarə və helikopterlərin müşayiəti ilə MOAB-(lar)ın təyinat nöqtələrinə atılmasına cəhd edəcəklər (https://www.facebook.com/asif.shafaggatov.3/posts/4528194120829997). Bundan sonra isə bütün istiqamətlərdən quru hücumu, dənizdən isə desant hücumu başlayacaq.

Əgər bu ehtimal doğrudursa, Səudiyyəyə kömək etməyi Misirə ABŞ tapşırıb. Misir Afrika qitəsində ABŞ-dan hər il ən böyük hərbi yardım (~$1,4 milyard) alan ölkədir və ABŞ bu yardımla Qəhirəni manipulyasiya edir.

 

Asif Şəfəqqətov

Tacxeber.com

Oxşar xəbərlər

Ukrayna cəbhədə irəlilədikcə Tramp Kiyevə təzyiqi artırır

redaktor

Forbes: “Hicab və İsrail məsələsi Türkiyə ilə Azərbaycan arasında gərginlik yaradıb”

admin

Konstitusiyaya istinad edənlər onun dünyəvi dövlət prinsipini də qəbul edirlərmi?

redaktor