11 C
Bakı
30 Mart 2026 03:26
İdman

Fatih Terimin komandasında böhran – Maaş ala bilmirlər

Fatih Terimin baş məşqçisi olduğu Səudiyyə Ərəbistanının “Əl-Şəbab” futbol komandasında böhran yaşanır.

 

Tacxeber.com xəbər verir ki, futbolçuların 3 aydır maaşlarını ala bilmədikləri və bu səbəbdən rəhbərliyə qarşı narazılıq göstərdikləri bildirilib. Bu vəziyyət nəticəsində komandanın idarə heyətində də bir sıra istefalar baş verib.

 

Səudiyyə Ərəbistanı mətbuatında yer alan xəbərlərə görə, futbolçular maaşlarının ödənməməsi səbəbindən rəhbərliyə qarşı şikayət ediblər. Bu, komandanın daxilindəki gərginliyi artırıb. Mətbuatın suallarını cavablandırmayan “Əl-Şəbab”ın prezidenti Mohamad Almunajem-in siyasəti də narazılıqlara səbəb olub.

 

Almunajem-in rəhbərliyindən məmnun olmayan bəzi idarə heyəti üzvləri istefa ərizəsi veriblər.

 

Qeyd edək ki, “Əl-Şəbab” hazırda 39 xalla Səudiyyə Ərəbistanı Pro Liqasının 6-cı sırasındadır və 23 həftədir ki, nəticələrdə geriləyir.(Milli.az)

Tacxeber.com

Oxşar xəbərlər

Rahat yat, kral Pele! – Ronaldo Pelenin vəfatı ilə bağlı təsirli paylaşım etdi

admin

Azərbaycanlı iş adamının klubu müflis elan olundu

redaktor

“Məni yalnız bu maraqlandırır”

admin