18 C
Bakı
21 Oktyabr 2026 02:50
CəmiyyətDünyaİdman

“Flamenqo” rəsmisi “Qarabağ”lı ilə bağlı suala belə cavab verdi

"Flamenqo" rəsmisi "Qarabağ"lı ilə bağlı suala belə cavab verdi

“Flamenqo” klubunun yeni futbol direktoru Xose Boto bu gün mətbuat konfrası keçirib.

 

QOL.az Braziliya mətbuatına istinadən xəbər verir ki, Rio-De-Janeyro klubunun rəsmisi transferlə bağlı məsələlərə də toxunub.

O, “Qarabağ”ın  hücumçusu Olavio Juninyonun “Sevilya”ya transferdən son anda imtina edərək “Flamenqo”ya keçəcəciyinə dair sualı da cavablandırıb.

 

Xose Boto bu zaman konkret ad çəkməyərək deyib: “Mən sirlərin biznesin ruhu olduğu fərqli bir mədəniyyətin insanıyam. Danışıqlar haqqında məlumatın üzə çıxarılması “Flamenqo”ya ziyan vurur. Mən “Flamenqo”ya zərər vermək yox, onu qorumaq üçün buradayam. Ona görə də mənə bu oyunçu ilə bağlı mesajlar göndərməyin, çünki cavab verməyəcəyəm”.  (Qol.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

Güclü dövlət yalnız güclü və sağlam cəmiyyət üzərində qurula bilər

redaktor

Yaxşı mübarizə, məyusedici nəticə

admin

Türkiyənin “hassasiyeti”ləri

redaktor