22.6 C
Bakı
29 İyun 2026 09:32
CəmiyyətDünyaHadisə

Bakı-Kazan-Bakı marşrutu üzrə bütün uçuşlar dayandırılıb

 

AZAL-ın bu günə planlaşdırdığı Bakı-Kazan-Bakı reysi də Kovyor” planı səbəbindən ləğv edilmişdi.

 

Azərbaycan Hava Yolları (AZAL) uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Rusiyanın Kazan şəhəri üzərində hava məkanının mütəmadi olaraq bağlanması səbəbindən Bakı-Kazan-Bakı marşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırıb.

 

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb.

AZAL yanvarın 8-nə planlaşdırdığı Bakı-Kazan-Bakı reysini də ləğv etmişdi. AZAL-ın yaydığı məlumatda deyilirdi ki, bu qərar Kazan üzərində “Kovyor” planı (hava məkanının bağlanması) səbəbindən qəbul edilib.

Bundan əvvəl Azərbaycan Hava Yollarına (AZAL) məxsus Embraer 190/195 təyyarəsinin Bakı-Kazan marşrutu üzrə uçuş zamanı, yanvarın 1-də Rusiyanın Həştərxan vilayəti üzərində radio maneələr və GPRS pozuntuları ilə üzləşdiyi barədə məlumat yayılmışdı.

 

Ötən il dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən təyyarəsi Qroznı üzərində xarici təsirə məruz qaldıqdan sonra Qazaxıstanın Aktau şəhəri yaxınlığında məcburi eniş edərkən qəzaya uğrayıb.

Qəza nəticəsinə təyyarədə olan 67 insandan 38-i həlak olub.

Bundan sonra AZAL təhükəszilik məqsədi ilə Ufa, Samara, Nijni Novqorod, Mineralnoe Vodı, Soçi, Volqoqrad, Qroznı, Vladikavkaz və Mahaçqala da daxil olmaqla, bir sıra Rusiya şəhərlərinə uçuşları qeyri-müəyyən vaxtadək dayandırıb. (Meydan.tv)

 

Tacxeber.com

Oxşar xəbərlər

“Bitcoin” 10 faizdən çox bahalaşıb

redaktor

Siyasi məhbus Akif Qurbanovun məhkəmədə maraqlı çıxışı.

admin

Azərbaycanda bank kredit götürmək istəyən deputata imtina cavabı verib.

admin