Dünya

Zurabişvili Fransaya gedəcək, yoxsa Gürcüstanda qalıb pensiya alacaq? – PROQNOZ

Gürcüstan prezidenti Salome Zurabişvili məğlubiyyətdən sonra Belarusu tərk edən Svetlana Tixanovskayanın taleyini təkrarlaya bilər.

 

Tacxeber.com xəbər verir ki, bunu “RİA Novosti”yə İMEMO RAS-ın Qafqaz sektorunun baş elmi işçisi Aleksandr Krılov deyib.

 

Mütəxəssisin fikrincə, Gürcüstan müxalifətinin “Avromaydan”ın analoqunu keçirmək üçün kifayət qədər resursları yoxdur. Zurabişvilinin tezliklə ölkəni tərk edərək Fransaya getməsi və özünü mühacirətdə olan Gürcüstanın qanuni prezidenti adlandırması ehtimalı var.

 

Rusiya hökuməti yanında Maliyyə Universitetinin eksperti Şota Axaidze isə əks fikir söyləyib. O əmindir ki, heç kim Zurabişvilini ölkədən qovmayacaq, ona görə də o, “mühacirətdə olan prezident” olmayacaq.

 

Qeyd edək ki, bu günlərdə Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, dövlət başçısı Salome Zurabişvili dekabrın 29-da yeni prezidentin andiçmə mərasimindən sonra təqaüdə getməli olacaq.

 

Xatırladaq ki, dekabrın 13-də Zurabişvili bəyan edib ki, səlahiyyət müddəti başa çatdıqdan sonra prezident sarayını tərk etmək fikri yoxdur. Onun fikrincə, seçkilər qeyri-legitimdir.

Tacxeber.com

Oxşar xəbərlər

Suriyada Culani gənc qadına başını örtməyi əmr etdi – Video

redaktor

SON DƏQİQƏ: İsrail İrana qarşı hərbi əməliyyatlara başlayır: ABŞ vətəndaşlarını bölgəni tərk etməyə çağırdı

redaktor

Saxta xərçəng dərmanları aşkarlandı – 9 nəfərə 5 ilə qədər həbs cəzası…

redaktor