
“Livanın növbəti Qəzza olmasını istəmirik”.
Tacxeber.com xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İsrailin baş naziri Binyamin Netanyahunun “Livan yeni Qəzzaya çevrilə bilər”açıqlamasına Ağ Evin sözçüsü Karine Jean-Pierregündəlik mətbuat konfransında verilən suala cavabda deyib.
O bildirib ki, bu məsələdə Netanyahu ilə razılaşmaları mümkün deyil: “Bu suala çox açıq cavab verəcəyəm: Livanın növbəti Qəzzaya çevrilməsini istəmirik və bu, olmayacaq. Biz bunu görməyəcəyik”.
