İdman

“Qarabağ”a 2 qol vuran futbolçu həftənin ən yaxşısı adına namizəddir

 

Avropa Liqasında Liqa mərhələsinin 2-ci turundan sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

 

Tacxeber.com xəbər verir ki, bunlar Duşan Tadiç (“Fənərbaxça”), Teo Leoni (“Anderlext”), Aleksandr Lyakazett (“Lion”) və Erik Botheymdir (“Malmö”).

 

Botheym “Qarabağ”la ötən gün keçirilən matçda dubla imza atıb. Onun qolları İsveç təmsilçisinə qələbə qazandırıb – 1:2.

 

Qeyd edək ki, qalib UEFA-nın saytında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.

Tacxeber.com

Oxşar xəbərlər

DÇ-2026-da günün oyunları – Meksika 1/8 finalda

admin

Messi ardıcıl yeddinci oyunda qol vuraraq Dünya Kuboku rekordunu qırdı

redaktor

10 günə yığılan komanda Avropanı fəth etdi

redaktor