13 C
Bakı
30 Mart 2026 11:00
Hadisə

Ayaqlarını pəncərədən çıxaran sürücü və sərnişin həbs edildilər – VİDEO

Şamaxıda sərxoş vəziyyətdə ayağını çölə çıxararaq avtomobil idarə edən şəxs məsuliyyətə cəlb edilib.

 

“Qafqazinfo” xəbər verir ki, rayonun Mədrəsə qəsəbəsində hərəkətdə olan VAZ-2107 markalı avtomobilin sürücü və sərnişininin ayaqlarını çölə çıxararaq cəmiyyətə açıq hörmətsizlik etməsi ilə bağlı görüntülər yayılıb. Digər hərəkət iştirakçıları üçün təhlükə yaradan maşındakı şəxslərin hərəkəti qəsəbə sakinlərinin də narazılığına səbəb olub.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, ictimai qaydanı pozan şəxslər saxlanılıblar:

 

“Sürücünün 21 yaşlı Səyyad Pənahov, sərnişinin isə 22 yaşlı Səxavət Nəzərov olduğu müəyyən edilib. Həmin vaxt sərxoş vəziyyətdə olan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilərək hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin də qərarı ilə S.Pənahov sürücülük hüququ 2 il müddətində məhdudlaşdırılmaqla 15 sutka, S.Nəzərov isə 10 sutka inzibati qaydada həbs olunub”.

 

Oxşar xəbərlər

Salyanda özünü polis şöbəsinin qabağında yandıran gənc öldü

redaktor

Rusiyadan Türkiyəyə qarşı provokasiya.

admin

Dəhşətli qəza: Avtomobil qadını belə vurdu – ANBAAN VİDEO

redaktor