3 C
Bakı
11 Fevral 2026 17:59
Mədəniyyət

Anara yeni vəzifə verildi

Azərbaycanda yeni yaradılan kino ittifaqının – Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə heyəti təsdiq edilib.

 

Tacxeber.comxəbər verir ki, İdarə Heyətinin tərkibində Xalq artisti Şəfiqə Məmmədova, Xalq artisti Vaqif Mustafayev, Xalq yazıçısı Anar da daxil olmaqla 30-dan çox nəfərin adı təsdiqlənib.

 

Rejissor Oqtay Mir Qasımın İdarə Heyətində təmsil olunması təklif edilsə də, birləşmənin əleyhinə səs verdiyi üçün ümumi etirazlardan sonra qərara alınıb ki, konfransdan sonra onun öz fikri alınsın.

 

Eləcə də Əbdül Mahmudovun adı da İdarə Heyəti üçün təklif edilib. Lakin o özü bundan imtina edib.

 

Rejissor Zamin Məmmədov isə İdarə Heyəti seçkisindən narazı olduğunu deyərək, ümumiyyətlə üzvlükdən çıxdığını bəyan edib.

Tacxeber.com

Oxşar xəbərlər

Musiqimizin Faiq Ağayev boşluğu

redaktor

“Əhməd Cavadın məzarı yoxdur, amma ruhu bütün türk dünyasında yaşayır” – Nəticəsi danışır

redaktor

“Səhər küçəyə çıxdım ki, hamı mənə baxır” – O səhnədən danışdı

redaktor