3 C
Bakı
11 Fevral 2026 16:35
Cəmiyyət

“Ruslan yenə də gedib öz hərbi xidmətini keçəcək” – atası DANIŞDI

“Ruslan yenə də gedib öz hərbi xidmətini keçəcək, bu vətənə öz borcunu qaytaracaq”.

 

Tacxeber.com xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya açıqlamasında Laçında əlverişsiz hava şəraitində azaraq Ermənistan tərəfə keçən və bu gün Bakıya qaytarılan Ruslan Pənahovun atası Eldəniz Pənahov bildirib.

 

“Mən ilk öncə ölkə başçısına dərin təşəkkürümü bildirirəm. Mənim övladım əsir düşmüşdü. Şükürlər olsun, öz torpağına, öz vətəninə sağ-salamat qayıtdı. Oğlumun əsirlikdən xilas olmasında zəhmət çəkən hər kəsə dərin minnətdaram” – E.Pənahov əlavə edib.

 

Xatırladaq ki, fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azmışdı.

Tacxeber.com

Oxşar xəbərlər

“Gözümün biri tutulub, o biri ilə hələ görürəm” – Əvəz Zeynallı son söz deyir

admin

Yanvarın 1-dən əhalini gözləyən YENİLİKLƏR – Pensiyalar, müavinətlər, güzəştlər…

redaktor

Jurnalist nazirə: “Hər şeydən danışırsız, ancaq heç nə demirsiniz” – VİDEO

redaktor