31 C
Bakı
20 Avqust 2026 17:36
Gündəm

Ermənistana keçən hərbçimiz Bakıya gətirildi

Laçında əlverişsiz hava şəraitində azan hərbçimiz Ruslan Pənahov Azərbaycana təhvil verilib.

 

Tacxeber.com-ınməlumatına görə, o, artıq Bakıya gətirilib.

 

Hərbçimizi gətirən təyyarə Heydər Əliyev Hava Limanına eniş edib.

 

Qeyd edək ki, fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb. Daha sonra onu Ermənistan hərbçiləri saxlayıblar.

 

Daha Sonra Ermənistan İstintaq Komitəsi onun Cinayət Məcəlləsinin bir neçə maddəsi “sərhədi qanunsuz keçmək”, “silah gəzdirmək” və s. ilə ittiham olunduğunu bildirib.

 

Dünən Ermənistan İstintaq Komitəsi azərbaycanlı hərbçi ilə bağlı cinayət təqibinə xitam verib.

Tacxeber.com

Oxşar xəbərlər

Qurucu nəsildən texniki nəsilə: İdeoloji istiqamətlər – Təhsil mühacirətinin 3 strateji və tarixi mərhələsi

redaktor

Donald Trampın uda bilmədiyi CNN-i Azərbaycan uda bilərmi?

redaktor

Rusiyanın Hind okeanına quru yolu planı yenidən gündəmdə

redaktor