25 C
Bakı
23 İyun 2025 16:16
Cəmiyyət

11-40 yaşlı insanlar peyvənd olunsun – Əhaliyə çağırış

11-40 yaşlı insanlar peyvənd olunsun - Əhaliyə çağırış

Səhiyyə Nazirliyi əhaliyə bir daha müraciət edərək qızılcaya həssas 11-40 yaşlı əhali qruplarını da infeksiyaya qarşı peyvənd olunmağa çağırıb.

 

Nazirlikdən Yenisabah.az-a verilən məluamta görə, ötən ilin aprelindən başlayaraq, digər ölkələrdən gətirilmə hadisələrlə əlaqəli qızılcaya yoluxma halları Azərbaycanın müxtəlif regionlarında infeksiyanın yerli yayılmasına səbəb olub.

Qeyd olunub ki, yaranmış epidemioloji vəziyyətin təhlili yoluxanların böyük əksəriyyətinin qızılcaya qarşı heç vaxt peyvənd olunmayan və xəstəliyi keçirməyən şəxslərin olduğunu göstərir:

 

“Bununla əlaqədar Azərbaycan ərazisində əks-epidemik və profilaktik tədbirlərin aparılması davam etdirilir. Azərbaycanda Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş Profilaktik peyvəndlər təqviminə əsasən 10 yaşa qədər uşaqların vaksinasiyası davamlı olaraq həyata keçirilir. Qızılca infeksiyasından qorunmağın ən effektiv yolunun vaksinasiya olduğunu nəzərə alaraq, Səhiyyə Nazirliyi əhaliyə bir daha müraciət edərək, qızılcaya həssas 11-40 yaşlı əhali qruplarını da infeksiyaya qarşı peyvənd olunmağa çağırır.

Vaksinasiya üçün yaşayış yerləri üzrə uşaq və böyük əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət oluna bilər”.

Tacxeber.com

Oxşar xəbərlər

Oğuzda ayı 62 yaşlı kişini ayı parçalamaq istədi.

admin

ÜST: “Metapnevmovirus yeni deyil və ciddi təhlükə yaratmır” – VİDEO

redaktor

BAKIDA HƏBSXANAYA XÜSİSİ TƏYİNATLILAR YERİDİLDİ – 10 saylı Cəzaçəkmə Müəssisəsində məhbuslar arasında kütləvi dava baş verib.

admin