İdman

Liqa1 batır: Mbappe də getsə, böhran olacaq

 

Fransa Peşəkar Liqası (LFP) PSJ-nin hücumçusu Kilian Mbappenin mümkün gedişindən narahatdır.

Tacxeber.com xəbər verir ki, bu barədə AS məlumat yayıb.

LFP ümid edir ki, Mbappe mövsümün sonunda müqaviləsini yeniləyəcək. Əks halda çempionatın yayım qiyməti aşağı düşəcək. Bu da həddindən artıq iqtisadi böhrana səbəb ola bilər.

Fransa futbol orqanları hazırda növbəti 5 mövsümü əhatə edəcək yayım hüquqları üçün müxtəlif televiziya kanalları və yayım operatorları ilə danışıqlar aparır. İlk təkliflərin aşağı məbləğlər olduğu bildirilir. Yayım hüququna sahib olmaq istəyən şirkətlər 1 milyard avro belə ödəməyə maraqlı deyillər.

Qeyd olunur ki, Lionel Messi, Neymar və Serxio Ramosun Liqa 1-dən getməsi artıq Fransa çempionatının imicinə mənfi təsir edib.

Tacxeber.com

Oxşar xəbərlər

Messi ardıcıl yeddinci oyunda qol vuraraq Dünya Kuboku rekordunu qırdı

redaktor

10 günə yığılan komanda Avropanı fəth etdi

redaktor

Türkiyə millisi DÇ-2026-ya qələbə ilə vida etdi, Fransa Norveçə qarşı

admin