Hadisə

COVİD-19 əleyhinə olan “Sputnik V” peyvəndinin yaradıcısı vəfat edib

 

Rusiyanın koronavirus əleyhinə “Sputnik V” peyvəndinin yaradıcısı Boris Naroditski vəfat edib.

82 yaşlı virusoloqun ölüm səbəbi iki il əvvəl aldığı ağır zədə fonunda pnevmoniya olub.

Məlum olub ki, 2021-ci ildə Naroditski yıxılaraq boyun fəqərələrindən birini sındırıb, o vaxtdan onun hərəkəti kəskin şəkildə məhdudlaşıb, kəskin ağrılardan əziyyət çəkib və müxtəlif dərmanlar qəbul edib.

Alim son ay yarımı ağır vəziyyətdə Botkin xəstəxanasında keçirib, pnevmoniyaya yoluxub. Zəifləmiş orqanizm pnevmaniyanın öhdəsindən gələ bilməyib. Virusoloq dünən dünyasını dəyişib.

Qeyd edək ki, Boris Naroditski İvanovski adına Virusologiya İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində çalışıb və yerli koronavirus peyvəndi olan “Sputnik-V”nin yaradıcılarından biri olub./APA

Tacxeber.com

Oxşar xəbərlər

Fars körfəzində TƏHLÜKƏLİ VƏZİYYƏT – 900-dən çox gəmi kursunu itirdi

redaktor

“Sputnik”in baş redaktoru saxlanıldı

redaktor

MOSSAD İran dini lideri Ayətullah Əli Xameneinin sağlamlıq durumu barədə ilginc məlumat yayıb.

admin