21 C
Bakı
01 Oktyabr 2026 23:56
Siyasət

Priqojın Afrikada ortaya çıxıb

 

Yevgeni Priqojın iyunun sonundakı qiyamdan sonra ilk videomüraciətini yayımlayıb. Ehtimal ki, Afrikada çəkilmiş videoda o, “Vaqner” ÖHŞ-nin “əsl cəngavərləri” işə götürdüyünü və “qarşıya qoyulan” tapşırıqları yerinə yetirməyə davam etdiyini deyir.

“Report” xəbər verir ki, videomüraciət “Vaqner”in teleqram kanalı olan “Razqurzka Vaqnera”da yayımlanıb.

Kadrlarda Afrika savannasına bənzər mənzərə əks olunub. Priqojın dəqiq harada olduğunu birbaşa açıqlamasa da, Selsi üzrə +50 dərəcə istidən bəhs edib, həmçinin Afrika xalqlarının azadlığından danışıb.

“Vaqner” ÖHŞ Rusiyanı bütün qitələrdə daha böyük, Afrikanı isə daha azad edir. Afrika xalqlarına ədalət və xoşbəxtlik diləyirəm. İŞİD, “Əl-Qaidə” və digər dəstələrin başına oyun açırıq”, – çətə başçısı bildirib.

Tacxeber.com

 

Oxşar xəbərlər

Hicab bəhanəsi arxasındakı hədəflər…

redaktor

Marko Rubio İran heyətini ABŞ-dan “qovub”

redaktor

Bakının Trampa tərifi və Vaşinqtondan gələn tələb

redaktor