22.5 C
Bakı
29 İyun 2026 04:20
Siyasət

Priqojın Afrikada ortaya çıxıb

 

Yevgeni Priqojın iyunun sonundakı qiyamdan sonra ilk videomüraciətini yayımlayıb. Ehtimal ki, Afrikada çəkilmiş videoda o, “Vaqner” ÖHŞ-nin “əsl cəngavərləri” işə götürdüyünü və “qarşıya qoyulan” tapşırıqları yerinə yetirməyə davam etdiyini deyir.

“Report” xəbər verir ki, videomüraciət “Vaqner”in teleqram kanalı olan “Razqurzka Vaqnera”da yayımlanıb.

Kadrlarda Afrika savannasına bənzər mənzərə əks olunub. Priqojın dəqiq harada olduğunu birbaşa açıqlamasa da, Selsi üzrə +50 dərəcə istidən bəhs edib, həmçinin Afrika xalqlarının azadlığından danışıb.

“Vaqner” ÖHŞ Rusiyanı bütün qitələrdə daha böyük, Afrikanı isə daha azad edir. Afrika xalqlarına ədalət və xoşbəxtlik diləyirəm. İŞİD, “Əl-Qaidə” və digər dəstələrin başına oyun açırıq”, – çətə başçısı bildirib.

Tacxeber.com

 

Oxşar xəbərlər

Elman Nəsirov: “Erkin müəllim, şlyapanızı çıxarıb, təkzibedilməz faktlar qarşısında reverans etməyinizin əsl vaxtıdır”

redaktor

Tramp-Putin münasibətlərində nə baş verir?

redaktor

Çin, Rusiya və İran martda İranın Çabahar limanı yaxınlığında hərbi təlimlər keçrəcək.

admin