26.1 C
Bakı
08 İyul 2026 12:18
Dünya

“Biz mütləq qalib gələcəyik” – Zelenski İlan adasında (VİDEO)

 

“Biz mütləq qalib gələcəyik” - Zelenski İlan adasında (VİDEO)

Ukrayna Prezidenti Volodimir Zelenski İlan adasına səfər edib.

Tacxeber.com Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu əks etdirən görüntülər dövlət başçısının teleqram kanalında paylaşılıb.

Zelenski bildirib ki, artıq Rusiyanın hücumundan 500 gün keçir: “Bu, Qara dənizimizin ortasında kiçik bir torpaq parçası olsa da, Ukraynanın öz ərazisinin hər bir hissəsini geri alacağına böyük sübutdur! Biz mütləq qalib gələcəyik”.

Dövlət başçısını müşayiət edənlər arasında Ukrayna Prezidenti Ofisinin başçısı Andrey Yermak da olub.

Xatırladaq ki, Qara dənizdə yerləşən Ukraynaya məxsus İlan adası Rusiyanın Ukraynaya hücumunun ilk günlərində tutulmuşdu. 2022-ci ilin iyun ayında isə ada Ukrayna qüvvələri tərəfindən azad olunub.


Oxşar xəbərlər

Ukrayna Rusiyanın iki neft emalı zavoduna və bir aerodromuna hücum edib

redaktor

İsrailin qərarı regional sülhə yeni risk yaratdı

redaktor

Rusiyanın daxili iflici və Ankara Külliyəsində qurulan yeni dünya nizamı

redaktor