11 C
Bakı
29 Mart 2026 22:24
Planet

Günəşdə nəhəng “dəlik” peyda olub

 

 

Günəşin səthində 31 mart tarixinə qədər Günəş küləyini Yerə doğru istiqamətləndirə biləcək nəhəng “dəlik” peyda olub.

Bu, son vaxtlarda peyda olan ikinci “dəlik”dir. Bu yaxınlarda Günəşdə Yerdən 30 dəfə böyük olan tac “dəliyi” aşkar edilmişdi.

Tacxeber.com oxu.az-a istinadən xəbər verir ki, Koronar “dəlik”lər kosmosa Günəş küləyi buraxır ki, bu da peyklərə zərər verə və Yerdə qütb parıltılarına səbəb ola bilər.

Alimlərin fikrincə, yeni “dəlik” Günəşin ekvatoruna yaxın ərazidə yerləşir.

Günəş təxminən hər 11 ildən bir baş verən pik aktivliyinə yaxınlaşdıqca, bu “dəlik”lərin Günəş ekvatoru yaxınlığında görünmə ehtimalı artır.

Alimlərin fikrincə, tac “dəlik”ləri saniyədə 800 kilometrdən də sürətli Günəş küləklərinə səbəb ola bilər.

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycan haqqında maraqlı faktlar

admin

2 yaşlı uşaq kobra ilanı oyuncaq bilib dişlədi

admin

“Baykar” Ukraynaya fokuslanıb: 3 illik ehtiyat var

redaktor