Astronomiyada belə bir elmi ssenari var: Günəş təxminən 5 milyard ildən sonra qırmızı nəhəng mərhələsinə keçəcək və çox böyüyəcək. Bu zaman Merkuri və böyük ehtimalla Venera Günəş tərəfindən udulacaq. Yer də ya Günəşin genişlənmiş xarici qatlarının içinə düşəcək, ya da bundan əvvəl tamamilə yanmış, ərimiş və həyatsız planetə çevriləcək.
Əslində Yer üçün təhlükə daha tez başlayacaq. Günəş yaşlandıqca parlaqlığı artacaq və təxminən 1 milyard il sonra Yer indiki həyat üçün həddindən artıq isti olacaq.
Yəni Günəşin gələcəkdə Yer üzündə həyatı məhv edəcəyi elmi baxımdan real ssenaridir, amma bu, milyardlarla il sonra baş verəcək.
Təbii ki, o vaxta hələ çox var. Bəşəriyyət inkişaf etsə, yaxın min ildə insan başqa qalaktikalara yayılacaq…
Bilirəm, belə söhbətlər çoxları üçün maraqlı deyil. Ancaq mən bu kimi şeylərə xüsusi maraq göstərirəm…
