Hadisə

İzzəddin Həsənoğlunun İrandakı məzarı dağıdıldı – FOTO

 

XIII əsr Azərbaycan şairi İzzəddin Həsənoğlunun İrandakı məzarı dağıdılıb.

Tacxeber.com xəbər verir ki, bu barədə folklorşünas alim, AMEA Folklor İnstitutunda xarici ölkələrlə əlaqələr bölməsinin rəhbəri Əli Şamil özünün sosial şəbəkə hesabında məlumat verib.

“Bu səhər isə acı bir xəbər gəldi. Həsənoğlunun qəbirinin dağıdılmış vəziyyətdəki şəkilini göndəriblər. Arzu edərdim ki, ziyalılarımız, rəsmi dairələrimiz bu məsəliyə münasibət bildirərlər”, – o qeyd edib.

Qeyd edək ki, İzzəddin Həsənoğlu Azərbaycan ədəbiyyatı tarixində ana dilində ilk qəzəlin müəllifidir.

Həsənoğlunun azərbaycanca “Apardı könlümü bir xoş qəmərüz canfəza dilbər”, “Necəsən gəl, ey yüzü ağım bənim” və “Əcəb bilsəm məni şeyda qılan kim” başlıqlı 3, farsca isə “Rəhmsiz xəlq olunubdur o nigarım, nə edim” başlıqlı 1 qəzəli dövrümüzə gəlib çatıb.

Tacxeber.com

Oxşar xəbərlər

London – Kuala-Lumpur reysi ilə uçan təyyarə Bakıya təcili eniş etdi

admin

“Qızımın başına silah dayayıb” – İntihar edən 18 yaşlı qızın anası

redaktor

Fransada azərbaycanlı ailənin övladlarını aparıblar

redaktor