İdman

Ərəbistan mediası Ronaldonu ələ saldı: “Bu, o deyil, “Real”dakı Ronaldo hardadır?”

 

Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubunun supertransferi Kriştiano Ronaldo etimadı doğrulda bilmir.

Bu gün 38-ci yaşına keçən portuqaliyalı hücumçu S.Ərəbistanı çempionatında çıxdığı 2 oyunda cəmi 1 qol vurub, onu da penaltidən.

Buna görə də sözügedən ölkə mətbuatında ulduz futbolçunun əleyhinə yazılar yazılmağa başlayıb. Məqalələr isə “Bu Ronaldo artıq “bitib”, “Real”dakı Ronaldo hardadır?”, “Ronaldonu axtarırıq”, – başlıqları ilə dərc olunur.

Artıq “Əl Nəsr” fanatları da sosial şəbəkələrdə Kriştianodan narazılıqlarını dilə gətirirlər.

Xatırladaq ki, forvard “Əl Nəsr”lə 2,5 illik müqavilə üçün anlaşıb. Portuqaliya millisinin üzvü yeni klubunda illik 200 milyon avro, ümumilikdə isə 500 milyon avro qazanacaq. (Offsideplus.az)

Tacxeber.com

Oxşar xəbərlər

“Çox düşük və bambılıdırlar” – Kamili kim əsəbləşdirib? – Video

redaktor

“Mənə kim sifariş edə bilər ki?” – Qurban Qurbanov

redaktor

Messi geyimi ilə yenidən diqqət mərkəzində

redaktor