22.2 C
Bakı
10 İyun 2026 03:09
Hadisə

Qubada narkotikin təsiri altında avtomobil idarə edən sürücülər saxlanıldı

 

Qubada 2 nəfər sürücü narkotikin təsiri altında avtomobil idarə edərkən saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı “VAZ-2107” markalı nəqliyyat vasitəsinin sürücüsü Laçın Manafov və “NİVA” markalı avtomobilin sürücüsü Emin Daşdəmirov yol hərəkəti qaydalarını kobud şəkildə pozduqlarına görə Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən nəzarət-yoxlama qaydasında saxlanılıblar.

Polis əməkdaşları tərəfindən sürücülərin narkotik vasitənin təsiri altında olmalarına dair əsaslı şübhələr olduğundan hər iki şəxs tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən həmin şəxslərin narkotik vasitənin təsiri altında olmaları sübuta yetirilib. Hər ikisinin barəsində qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbir görülüb.

Tacxeber.com

Oxşar xəbərlər

Tanınmış həkim telefon nömrəsini satışa çıxardı – 26 min manat – FOTO

admin

Türkiyədə bir-birini Ramazan bayramı münasibəti ilə təbrik edən şəxslər arasında kütləvi dava düşdü – VİDEO

redaktor

İranda ilişib qalan Azərbaycan gəmisi yola salındı

admin