26 C
Bakı
28 Sentyabr 2026 13:03
DünyaSiyasət

Liman istiqamətində gözlənilməz zərbə: Ukrayna Rusiyanın planını pozdu

3-cü Ordu Korpusunun komandiri Andrey Biletski: Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələrinin zərbəsini gözləmirdi və Liman istiqamətində əsir götürüldü

3-cü Ordu Korpusu “Vivaldi” hücum əməliyyatının üçüncü mərhələsinin başa çatdığını açıqlayıb.

3-cü Ordu Korpusunun məlumatına görə, “Vivaldi” əməliyyatı zamanı Ukrayna qüvvələri əsas zərbənin istiqaməti ilə bağlı düşməni yanlış istiqamətləndirib. Rusiya bölmələri ehtiyat qüvvələrini Şandriqolovo – Zelyonaya Dolina istiqamətinə göndərərkən, əsas zərbə Novoe istiqamətinə endirilib.

Nəticədə, Rusiya bölmələrinin bir hissəsi ağır vəziyyətə düşüb və təslim olmağa başlayıb.

Sözügedən hərbi əməliyyat strateji hərbi-siyasi önəm daşıyır. Nəzərə alsaq ki, müharibənin 5-ci ilində Putinin bəyan etdiyi heç bir hədəfə nail olunmayıb, müharibədən yeganə çıxış yolu Donetsk vilayətinin tam işğalı və bunu yekun qələbə kimi elan olunması nəzərdə tutulurdu. Məhz bunu da Putin Trampa Ankoricdə təklif etdi və bu plana “Ankoric ruhu” adı verildi(təbii ki, Trampın razılığı ilə). Amma yerdəki durum onu göstərir ki, Donetsk vilayətinin işğalı Kiyev və Odessanın işğalı kimi rusiyalılar üçün xəyala çevrilir və bunu görən, dərk edən Kreml dinc əhaliyə və dinc infrastruktura qarşı hücumları güncləndirir.

 

Kamran Cəfərov

Tacxeber.com

Oxşar xəbərlər

Zelenski: Bir həftə ərzində 10 mindən çox rus əsgəri zərərsizləşdirilib

redaktor

Tramp Zelenskinin Rusiyanın neft emalı zavodlarına endirilən zərbələrin azaldılması tələbinə verdiyi cavabı açıqlayıb

redaktor

İki qardaş arasına nifaq salmaq asan deyildir…

redaktor