GündəmSiyasət

Milli Məclisin İntizam Komissiyası Erkin Qədirlini müzakirəyə çıxara bilər

 

“Milli Məclisin İntizam Komissiyasına Erkin Qədirli ilə bağlı müraciət daxil olarsa, baxıb qərar qəbul edəcəyik”.

Tacxeber.com xəbər verir ki, bunu “Report”a açıqlamasında Milli Məclisin İntizam Komissiyasının sədr müavini, deputat Fəzail Ağamalı deyib.

O, Erkin Qədirlinin yanvarın 25-də verdiyi qalmaqallı açıqlamasının kifayət qədər hiddət doğurduğunu bildirib. Deputat qeyd edib ki, həmkarı bəhs olunan açıqlamalarla arqumentə, reallığa söykənmədən xalqın etimadını qazanan bütün deputatların seçimini, Azərbaycanda gedən demokratik prosesləri şübhə altında qoyub:

“Bu, əslində illərdən bəri Azərbaycana qarşı fəaliyyət göstərən, şər, böhtan, iftira yağdıran anti-Azərbaycan qüvvələrinin içərisində yer almaq deməkdir”.

Tacxeber.com

Oxşar xəbərlər

Tibbi xidmətin pulsuz olması YETƏRLİ deyil – İnsanlar niyə hələ də özəl xəstəxanalara üz tutur?

redaktor

ABŞ kəşfiyyatı: Rusiyanın sursatı tükənir, zəifləyəcək!

admin

Ərdoğan zəlzələdən zərər çəkənlərə yardım elan etdi – VİDEO

redaktor