26 C
Bakı
11 Avqust 2025 04:43
Dünya

Moskvanın keçmiş baş ravvini yəhudiləri Rusiyanı tərk etməyə ÇAĞIRDI

Moskvanın keçmiş baş ravvini yəhudiləri Rusiyanı tərk etməyə ÇAĞIRDI

 

Moskvanın keçmiş baş ravvini yəhudiləri Rusiyanı tərk etməyə çağırıb.

Tacxeber.comxəbər verir ki, bu barədə Moskvanın keçmiş baş ravvini Pinxas Qoldşmit deyib.

O, yəhudiləri Rusiyanı tərk etməyə çağırıb.

”Rusiyanın tarixinə baxın. Siyasi sistem təhlükə altında olanda hökumət kütlələrin qəzəbini və narazılığını yəhudi icmasına yönəltməyə çalışırdı. Biz bunu həm çar dövründə, həm də Stalin rejimində dövrünün sonunda gördük.

Yəhudilər Ukraynadakı müharibənin gətirdiyi çətinliklərə görə günah keçisi edilməzdən əvvəl Rusiya Federasiyasını tərk etməlidirlər.

Rusiya yeni tip Sovet İttifaqına qayıdır və dəmir pərdə addım-addım yenidən enir”, – deyə ravvin bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanda həbsdə olan 16 jurnalistin adı Avropa Şurası Platformasının hesabatına daxil edilib

admin

Bosniyada törədilən soyqırımın təşkilatçılarından olan generalın vəziyyəti

redaktor

Dəhşət: Begemot uşağı uddu, sonra qusdu – Körpə sağdır!

redaktor