29 C
Bakı
11 Avqust 2025 14:31
Gündəm

Separatçı komanda bölündü: “Bu iki şəxs Bakı ilə anlaşmaq istəyir”

“Ruben Vardanyan Bakı ilə anlaşmaqda maraqlı olan Vitali Balasanyanı “post”undan uzaqlaşdırmağa çalışır”.

Bu barədə “Hraparak” qəzeti yazır.

Erməni nəşrinin iddiasına görə, separatçı Vardanyan qondarma rejimin digər nümayəndələri Araik Arutyunyan, Vitali Balasanyan və digər şəxsləri “Azərbaycanla anlaşmaq istəyən komandanın üzvləri” kimi qəbul edir.

Qəzet yazır ki, iki gün əvvəl Arutyunyanın Xankəndidə keçirilən mitinqdə çıxış etməməsi ilə qondarma rejimdə dəyişiklik başlayıb:

“Bu, Paşinyanın qəbul etmədiyi Vardanyanın “hakimiyyət”ə gəldiyini göstərir.

Yeri gəlmişkən, mənbələrimiz bildirir ki, kompromisə getməyə hazır olanların heç birinin “yeni formalaşan kabinet”də yeri olmayacaq. Bizə o da məlum olub ki, Ruben Vardanyanla Vitali Balasanyan arasında münasibətlər kifayət qədər gərgindir. Əgər əvvəllər ruslar və azərbaycanlılarla bir nömrəli danışıq aparan Vitali idisə, indi onu arxa plana atıblar və o, son mitinqdə də iştirak etməyib”.

Nəşr bildirir ki, Vardanyan Balasanyandan mitinqə qatılmasını tələb etsə də, ikinci bundan imtina edib.

Qəzet Balasanyanı separatçı ordunun keçmiş başçısı Levon Mnatsakanyanla əvəzlənə biləcəyini yazır. (Teleqraf)

Tacxeber.com

Oxşar xəbərlər

“Abdin Fərzəliyev icra başçısı təyin olunandan üfunət iyindən evdə otura bilmirik” – Masazırda zibil problemi – FOTOLAR

admin

Bulyonla yeməyə ləzzət deyil, zəhər qatırıq – XƏBƏRDARLIQ

redaktor

Xəyanət qalmaqalından sonra Doğuşdan paylaşım

redaktor