Hadisə

Sumqayıtda partlayış: yaralanan var – Video

Bu gün axşam saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 9-cu mikrorayon, bina 71 ünvanında yerləşən çoxmərtəbəli binada partlayış baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən doqquzmərtəbəli yaşayış binasının doqquzuncu mərtəbəsində yerləşən vətəndaşa məxsus ümumi sahəsi 75 m² olan üçotaqlı mənzilin eyvanında ilkin ehtimala görə məişət qazının sızması nəticəsində yanğınla müşahidə olunmayan partlayışın baş verdiyi müəyyən edilib.

Hadisə nəticəsində 1991-ci il təvəllüdlü Babayev Cavanşir Yaşar oğlu xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Partlayış dalğasının zərbəsindən eyvanın lambirindən ibarət tavanı 4 m² sahədə dağılıb, aynabəndin pəncərə çərçivələri yerindən çıxıb və binanın həyətində olan “VAZ-2107” markalı avtomobilə ziyan dəyib. Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb. Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Nəfəs yoluna yemək düşüb ölən ATV əməkdaşını necə xilas etmək olardı? – VİDEO

redaktor

“Məhkəməni səhnəyə çevirmə!”

admin

94 saat sonra dağıntılar altından çıxarılan gənc: “Ölməmək üçün öz idrarımı içdim” – VİDEO

redaktor