Taleh Boradigahi mahnı oxuyur:
Namaz qılan bəndədir,
Qılmayan şərbəndədir.
Gah qılıb, gah qılmayan,
Yeri cəhənnəmdədir.
Azərbaycanda əhalinin təxminən 92%i namaz qılmır. Bu, o insanlara qarşı təhqir deyilmi? Əgər kiminsə həyat tərzinə görə onu aşağılayıb “şər bəndədir” deyirsə, niyə buna görə heç bir məsuliyyət yaranmır?
Eyni şey dini təbliğatlarda tez-tez səslənən “Hicab namusdur, qeyrətdir” ifadəsinə də aiddir. Bəs hicab taxmayan qadınlar nədir? Bu ifadə onları dolayı yolla namussuz və qeyrətsiz göstərmək deyilmi?
Şərq hələ də Qərbdən 2 əsr geridədir. Qərbdə yüz illər əvvəl başlayan inqilabi və azadlıqçı fikirlər Şərqdə indi-indi müzakirə olunmağa başlayır.
Ərəb baharı Fransa inqilabı kimi böyük siyasi və ictimai dəyişiklik yarada bilmədi. Amma mən bunun hələ son olmadığını düşünürəm. Belə bir dəyişiklik gec-tez olacaq.
Məncə, bu dəyişiklik üçün ən böyük potensial İrandadır. Orada başlayan proses zamanla digər İslam ölkələrinə də yayılacaq.
Şərq cəmiyyətləri də gec-tez bir-birinin dininə, inancına və həyat tərzinə hörmət etməyi öyrənəcək.
