DünyaSiyasət

Tokayevin təklifi və Putin Turanı dağıdır iddiası

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev oktyabrın 30-da Türk Dövlətləri Təşkilatının 13-cü sammitində Rusiyanın “TDT+” formatına qoşulmasını və ya təşkilatda müşahidəçi kimi iştirakını təklif edib. Deməli, söhbət birbaşa tamhüquqlu üzvlük çağırışından getmir.

Tokayev bunu Rusiyanın türk dünyası ilə tarixi əlaqələri və ərazisində çoxsaylı türk xalqlarının yaşaması ilə əsaslandırıb. Üstəlik, o, Türkiyənin irəli sürdüyü “TDT+” təşəbbüsünü hələ may ayında dəstəkləmişdi. Qazaxıstan Rusiyanın “Altay — türk sivilizasiyasının beşiyi” layihəsini də rəsmən dayaq durur.Təklifin əvvəlki diplomatik xətti var; onu yalnız “Putini yumşaltmaq cəhdi” kimi təqdim etmək sadəcə yozumdur. Həttə mən deyərdim ki, uydurmadır..

Putinin Bişkekdə guya “birliyinizi dağıdın, konsertlə məşğul olun, Turan qurmayın, ortaq pul buraxmayın” mesajı verdiyi haqqında deyilənlər isə ümumiyyətlə qeyri-ciddi söhbətdir. Bu iddianı əsaslandıran çıxışın tarixi, videosu və stenoqramı göstərilmir. Belə şeyləri mənbə göstərmədən yazmaq olmaz.

Əlimizdə olan açıq məlumatlar isə ciddi şəkildə fərqlidir. Lavrov 19 fevral 2021-ci ildə Türkiyənin dövlətlərüstü “Böyük Turan” yaratmaq məqsədi güddüyünü düşünmədiyini bildirmişdi. 29 yanvar 2026-cı ildə isə Türkiyəni türk dünyasının mərkəzlərindən biri adlandırmış, Moskvanın TDT-nin dərinləşməsini izlədiyini demişdi. Başqalarının maraqlarına hörmət çağırışı etmişdi, təşkilatı dağıtmaq çağırışı yox.

Rusiyanın TDT-nin güclənməsindən narahatlığı ola bilər. Ancaq narahatlıq, rəqabət və “birliyinizi dağıdın” göstərişi ayrı məsələlərdir. Lavrovun sözləri Putinin belə danışmadığını qəti sübut etmir; lakin mənbəsiz ifadələri Putinə aid etməyə də əsas vermir.

Tokayevin əməkdaşlıq təklifini Putinin dağıtma planının sübutuna çevirmək olmaz. Rusiyanın siyasətini faktlarla tənqid edək — ehtimalı hadisəyə, şərhi sitata çevirməyək…

Ümumiyyətlə, bir az ciddi olaq. Uydurma söhbətlər etməyək. İndiki həssas məqamda bu kmi şeylərə qətiyyən ehtiyac yoxdur…

 

Elbəyi Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

Mahmud Abbasın Cənubi Kipr səfəri: Fələstin manevri, yoxsa Ankaraya mesaj?

redaktor

Tokayevin Rusiya təklifi niyə dəstək qazanmadı?

redaktor

Qoy fırtına keçsin…

redaktor