Azərbaycan Premyer Liqasında keçirilən oyunlarda, eləcə də milli komandanın matçlarında bəzi futbolçular qol vurduqdan sonra dini-siyasi məzmun daşıyan jestlər nümayiş etdirirlər.
Azərbaycanda dini etiqad azadlığı var, hər kəsin inancına hörmətimiz sonsuzdur. Amma nəzərə alaq ki, futbol kütləvi idman növüdür. Stadionda, televiziyada, internet üzərindən çoxlu gənclər baxır matçlara. Onların hır bir jesti gənclərə güclü təsir edir.
Azərbaycan Respublikası sekulyar dövlətdir. Sekulyar dövlət müstəqillik qədər dəyərli bir nemətdir, onun qədrini bilməliyik. Heç kimi dini inancına qarışmırıq, amma hər bir vətəndaş hansı dövlətdə yaşadığının fərqinə varmalı, məsuliyyətli olmalı, yanlış təbliğatın təsirinə düşməməlidir.
Dini sistem arzulayan getsin İran Premyer Liqasında oynasın.
Klubda, millidə futbolçularla tərbiyəvi söhbətlər aparılmalıdır, nəticə verməsə, idman oyunlarında və kütləvi tədbirlərə dini-siyasi məzmun daşıyan jestlərin nümayiş etdirilməsi qadağan olunmalıdır. Əməl etməyənlərə cərimələr tətbiq edilməlidir.
