22 C
Bakı
09 Sentyabr 2026 23:59
DünyaSiyasət

İran ABŞ bazalarını çökdürürmü?

Verilən xəbərlər doğrudursa, İranın ABŞ hərbi cəbbəxanasına ciddi ziyan vurduğunu deməliyik. Rəsmi Tehran Hörmüz boğazının “qadağan olunmuş təhlükəli” bölgəsindən keçməyə cəhd göstərən 2 Amerika döyüş gəmisini, 8 neft tankerini və qaydaları pozan daha 10 gəmini ballistik raketlərlə hədəf aldığını bəyan edib. Belə çıxır ki, İran eyni vaxtda üst-üstə Amerikanın 20 üzən obyektini vurub. İnandırıcıdırmı?

İranın xəbər agentlikləri bu addımın ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) tərəfindən İranın 5 neft tankerinin məhv edilməsinə cavab olaraq atıldığını vurğulayır.
Tehran, həmçinin ABŞ hərbçilərinə ev sahibliyi edən Küveyt, İordaniya və Bəhreyndəki obyektləri də hədəf alacağı ilə hədələyib.

Qərb mediası və ABŞ rəsmiləri isə hadisənin miqyasını fərqli şəkildə təqdim edirlər. Ağ Ev və CENTCOM təmsilçiləri İranın Amerika hərbi esmineslərinə zərbə endirmək cəhdlərinin uğursuzluqla nəticələndiyini, raketlərin hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini və heç bir ABŞ hərbçisinin xəsarət almadığını bildirir. Eyni zamanda, regional müttəfiq olan İordaniya krallığı da öz hava məkanında İrandan gələn 20 ballistik raketdən 18-ni vurduğunu təsdiqləyib.

Belə çıxır ki, “hücum” və “düşməni darmadağın” etmək xəbərləri əməldən daha çox informasiya savaşıdır.

 

Qulu Məhərrəmli

Tacxeber.com

Oxşar xəbərlər

Yəmən savaşı və “Məkkə sazişi”: Hədəfdə İran var

redaktor

Qazaxıstandan Bakıya bərə səfərləri 6 ildən sonra bərpa olunur

redaktor

Saatda 2,5 milyard rubl: Kremlin müharibə xərcləri yeni rekorda çatıb

redaktor