23 C
Bakı
09 Sentyabr 2026 20:43
Cəmiyyət

Şəhidlərə, ağrılı ailələrinə hörmət, dəstək hamının borcudur. Amma…

Bizim Azərbaycan cəmiyyətini indi də, şəhid valideyni, şəhid Xudayar Yusifzadənin anası ilə bağlı qalmaqallı və ağrılı mübahisə bürüyüb…

Bir sıra öz yerli, Bərdə bölgəsi sakinləri şəhidin anası və həm onun doğma, qohumlarının şəhid adından sui-istifadə ilə, ictimai qayda-qanunlar və yerli sakinlərə qarşı hərəkətlərdə həddlərini aşması və hətta polis idarəsi önündə və içində belə, yerli bir sakini-digər şəhid övladını döyüb, ona hücum çəkməsi barədə də, şikayətlənirlər.

Şəhid Xudayarın anası isə, ona qarşı olan belə narazılıq və şikayətlərin böhtan olduğunu, bunu edənləri məhkəməyə verib onlardan təzminatla pul alacağını canlı yayımda deyir, deyilənə görə.

Bir ixtisaslı kimi bu ətrafda baş verən hadisələr içində, olmamaq və eynilə xüsusi bir araşdırma aparmamaqla, şəhid anası yaxud, qarşı tərəfin haqlı-haqız, ictimai ya hüquq pozuntulu olması barədə əlimdə sübut faktsız halda, konkret söz demərəm. Bu, hüquqçuya xüsusən düz gəlməz.

Ancaq, bunu deyərdim, ölkədə 3600 şəhidimiz var və 1-ci Qarabağ müharibəsindən də neçə min şəhidli valideyni olmşdu, onların valideyni ətrafında bu cür əhali narazılığına nədirsə, rast gəlməmişəm. Və Şəhidlətimiz, Milli Qəhrəman general Polad Həşimovun və ya Milli Qəhrəman Mübariz İbrahimovun anaları haqqında, onların hədd aşmaqları ilə bağlı əhali şikayəti olmayıb.

Həddi aşmaq… Bu neqativ
üzərində bir qədər dayanaq.

Açığını deyim, ümumiyyətlə, bizdə bu, həddini aşmaq, yerini bilməmək kimi, qeyri-təvəzökar düşüncə və davranış, hamını da demərəm, bir xeyli insanımızda sanki bir, neqativ psixoloji defekt halına çevrilib. Və bu halın da psixoloji xarakter defektli olması, kənardan özünü görə bilməyə imkan vermir, bu bir, norma kimi gəlir.
Açığı, belə təəssüflü hal bir sıra xaricə gedən həmvətənlər də görünür və onların özlərinə də ziyanlı, xarici cəmiyyətlərin bunu, ya bir gülüş, təbəssüm və yaxud da, iradla qarşılaması ilə.

Misallar. Deputatlarımızın bəziləri həddi aşıb, yersiz çıxışlar edir. Sonra, həm cəmiyyət həm də öz rəhbərliyi tərəfdən tənqidlərə tuş gəlirlər.

Hüquq-mühafizə orqanlarınfa, hakim, prokuror, polis rəisindən tutmuş ta sıravilərədək neçəsi dövlətin onlara verdiyi səlahiyyət həddini aşır, həm vətəndaşlar tərəfindən şikayətlər edilir və həm də, rəhbərlik və dövlət, qanun tərəfindən cəzalandırılırlar. Bir neçə polisin küçədə tutub həbsə apardığı vətəndaşı, birdən də, bir polis (idmançı) həddi aşıb yersiz, arxadan cumub qaldırıb, yerə çırpır! Videoda cəmiyyət görüb qınayır, öz naziri də görüb, dərhal işdən qovur.

Səfəvilik tərəfdarları Şah İsmayılı tənqidə görə həddlərini yersiz aşır, Şah ismayılı Allah qədər müqəddəs, yanlışsız yeganə insan oğlu, həm Azərbaycan türkü tarixinin min illər öncə əsl qədim Şərqdən yox, 500 il əvvəl səfəvilikdən başlama iddialı hisslərinə qapılıb, əks tərəfə kəskin susdurma hücumuna keçir. Bu hisslə ölkədə başqa bölgələr və tarixləri, seçimi və fikir düşüncəsi ola bilməsini nəzərə almadan. Halbuki, səfəvili, digərli hamımız, eyni vətənin, Azərbaycanın övladıyıq və fərqli fikir ixtiyarlı.

İran, Ərəbistandan dəstəklənən dini radikallar onların ölkədəki mövcudluğu və fəaliyyətinə tolerant insani yanaşıldığlndan sui-istifadə ilə həddlərini aşır. Bu ölkənin dinli və dinsizlərə eyni hüquqla yanaşma tipli dünyəvi dövlət və qanunlu olduğunu unudur, onları dəstəkləyən dini dövlətlərin qanun və qaydaları ilə yaşam hissinə qapılırlar. Bu səlahiyyət hisslərilə də, “Allah yoxdu” deyəni cinayətkar sayıb döyür, sanki öz aləmlərində də cəzalı “şallaqlayırlar”.

Misallar xeyli çoxdur… Kim, harda imkan, ya fürsət görür, orada həddini aşmaq, özünə bir nəzarət, hədd qoymadan. Öz cığırını, sərhəd, həddini aşmaqla da, qonşusu və başqasının mənəvi ya fiziki sərhədini pozmaqla. Və bu, hallar bizdə o qədər adiləşir, normal halına düşür ki, bu neqativ halı qamçılayan ictimai qınaq da yox olmaqdadır. Halbuki, digər, bir xeyli cəmiyyətlərdə bu mühüm qınaq vardır.

Bir-iki misal. Elə qardaş
türklərin cəmiyyətlərdən.

Bir neçə il, hüququ, kriminalistikanı müvəqqəti qoyub, maddi vəziyyətimi halal-minətsiz xeyli irəli qaldırmaq üçün, Mərkəzi Asiyada bizneslə məşğul olmağa məcbur oldum (və həm çox da uğurlu, məni tanıyan xeyli dost, yoldaşlar bunu yaxşı bilir). Orada türk Özbəkistan, Qazaxstan, Türkmənistan qardaş ölkələrin cəmiyyətlərində, məclislərində cızığından çıxanı hamılıqla necə, özü də sərt qınaqla, xorla yerinə oturtduqlarının dəfələrlə şahidi oldum. Və öz qohumu, yerliləri qınağa qoşulur daha sərt ki, bizi biyabır eləmə! Və qoşulmasalar, cəmiyyət nəsillikcə qınayar!

Dövlət işində çalışdığım dövr, bir nəfər DİN-də kadrlar idarəsi yuxarı zabiti dost ilə Ankaraya uçduq, polis akademiyası rəhbəri ilə görüşdük, dost ona Azərbaycan tərəfdən tapşırılan bəzi sənədləri verdi, o da bizə nəsə, akademiyanın nişanı və bukletini bağışladı. Getdik İstanbula. Bir restoranda Qaradənzli türk qardaşların bir məclisində olduq. Məclisi yüksək rütbəli polis məmuru təşkil etmiş, xeyli də hüquq-mühafizə əməkdaşı vardı. Gedişatda, içkili cavan savcı (porokuror) məclisdə həddi aşdı, tapancasını çıxarıb masanın üstünə qoyub, nəsə sərsəmli sözlərə başladı. Bir-iki kəlmə nəsə demişdi ki, məclisdəkilər bunu görüb, xorla, üstünə sərt şəkildə çəmkirdilər. Baxdım, gördü, onunla da gələn, yerliləri, hətta, öz savcı dostu daha da sərt qınadı. Cavan 30-35 yaşlı savcı, elə bil ki, qəflətən ayıldı, tez də tapancanı yığışdırdı və ayağa durub, hamıdan başını aşağı salıb üzr istədi. Və məclis heç nə olmamış kimi yenə, həmin şənliklə də davam etdi. Dost ilə yolda xeyli müzakirə etdik bu halı. Cəmiyyət qoyan “distiplinanı” dövlət, qanunlar da qoya bilmir.

Bizdəki durum.

Bizdə birisi toy, məclisdə içib keflənib oyun çıxarır, camaatı təhqir edib, kəllə mayallaq aşaraq guya rəqs edir, qınaq yoxdur. Bəlkə, məclis, ya toy yiyəsi nəsə yaxınlaşıb xahişlə söz deyə. Cəmiyyətdən bir ağsaqqal, böyük səsi, qarşısını almaq qınaq, təzyiqisə yoxdur.

Biz, bizi bürümüş və bizi digər cəmiyyətlərin fərqində bərk geri sala, sıxışdırıla biləcək bu ümumi hədsiz, sərhədsliyi və bunun qarşısını ala bilən çox vacib faktoru, ictimai, xüsusən ağsaqqal qınaqsızlığını fikrimcə, vacib aradan qaldırmalıyıq. Və təbii ki, bu cür hədsizlik və sərhədsizliklə qanunu aşma dərəcəsini keçən halda, hüquq-mühafizə, ictimai-təhlükəsizlik orqanlarının mütləq vəzifə borcudur, anında bunun qarşısını alsın. Kimliyi, ya nəçiliyinə, ictimai ya dövlət statusuna əsla baxmadan!

Gələk, şəhid valideyni barədə mübahisəyə.

Bu fakt birmənalıdır ki, dövlət və cəmiyyətimiz şəhid xatirəsi və ailəsinə yönlü xüsusi hörmətl, qayğılıdır. Şəhid ailələrinə isə yönəlik hökumət müşahidəmcə, insafən, xeyli dərəcə maddi və şəraitli dəstəkli və müəyyən imtiyazla yanaşır. Cəmiyyətimiz, xalqımız da belə ailələrə çox da qəlbən, səmimiyyət və həm hörmət ilə yanaşır.

Ancaq, bu dünyada hər şeyin bir tarazlıq həddi olduğu kimi, insanların da kim olursan ol, tələb və davranışında bir hədd olmalıdır. İstifadənin normal həddi var, sui-istifadəsə artıq hədsizlik, təbiətin də, cəmiyyətin də və həm, dövlətin də durum sərhədini aşmaqdır. Bu, gərək, olmaya.

 

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

AİHM Nardaran hadisələri ilə bağlı Azərbaycanı 23 min avro təzminata məhkum edib

admin

Elm və Təhsil Nazirliyində 300 min manatlıq qaranlıq müqavilə – Təhsildəki qruplaşma ilə bağlı növbəti araşdırma…

redaktor

Qahablı Nuraninin Qoyunlar parlamentində ÜSYAN – ŞOK SƏBƏB!

redaktor