17 C
Bakı
25 Oktyabr 2026 14:40
Dünya

Qazaxıstandan Bakıya bərə səfərləri 6 ildən sonra bərpa olunur

Qazaxıstan hökuməti Azərbaycana Kurık-Bakı-Kurık limanı bərə xətti üzrə sərnişin daşımalarının bərpa olunmasını təklif edib.

2020-ci ilin martından quru sərhədlərin bağlanması ilə bərabər bu istiqamətdə də sərnişin daşınması dayandırılmışdı. 6 ilə yaxın vaxt keçir…

Bakıdakı səfir Alim Bayel bildirib ki, Azərbaycan tərəfi bu təklifi dəstəkləyib: “Hazırda hər iki ölkənin nəqliyyat qurumları sərnişin əlaqələrinin təcili şəkildə bərpa edilməsi istiqamətində işlərə başlayıblar.

Onun sözlərinə görə, daşımalar dayandırılana qədər Xəzər dənizi vasitəsilə ildə təxminən 1500 sərnişin səfər edirdi. O, qarşıdakı dövrdə bu istiqamətdə səyahət etmək niyyətində olan sərnişinlərin sayının artacağına əminliyini bildirib.

 

Elçin Rüstəmli

Tacxeber.com

Oxşar xəbərlər

‘The Atlantic’: Tramp aralıq seçkilərindən sonra İrana yeni zərbələr planlaşdırır

admin

Danışıqlarda son durum…

redaktor

Adolf Hitlerin Bavariya Alplarında yerləşən iqamətgahı yandırılıb

admin