26 C
Bakı
30 Avqust 2026 11:12
İdman

“Sabah”ın Çempionlar Liqasında təqvimi

2026/27 mövsümü UEFA Çempionlar Liqasının Liqa mərhələsinin təqvimi açıqlanıb.

Tacxeber.com  UEFA saytına istinadən xəbər verir:

Liqa mərhələsinin matçlarına sentyabrın 8-də start veriləcək, 2027-ci ilin yanvarın 27-də isə yekun vurulacaq.

Azərbaycan çempionu “Sabah” ilk oyununu sentyabrın 10-da səfərdə  “Mançester Yunayted”lə Liqa mərhələsində son matçını isə yanvarın 27-də səfərdə “Arsenal”a qarşı keçirəcək.

“Sabah”ın oyunlarının təqvimi

1-ci tur, 10 sentyabr

23:00. “Mançester Yunayted” (İngiltərə) – “Sabah”

2-ci tur, 13 oktyabr

20:45. “Sabah” – “Slaviya” (Çexiya)

3-cü tur, 20 oktyabr

20:45. “Sabah” – “Borussiya” (Dortmund, Almaniya)

4-cü tur, 4 noyabr

00:00. “Vikinq” (Norveç) – “Sabah”

5-ci tur, 25 noyabr

21:45. “Sabah” – “Barselona” (İspaniya)

6-cı tur, 8 dekabr

21:45. “Vilyarreal” (İspaniya) – “Sabah”

7-ci tur, 20 yanvar

21:45. “Sabah” – “Napoli” (İtaliya)

8-ci tur, 27 yanvar

00:00. “Arsenal” (İngiltərə) – “Sabah”

Xatırladaq ki, Liqa mərhələsində 1-8-ci yeri tutanlar birbaşa 1/8 finala, 9-24-cü yeri tutanlar pley-off mərhələsinə vəsiqə qazanır. Yarışı 25-36-cı yerdə tamamlayan komandalar isə Avropa kuboklarında çıxışlarını başa vuracaqlar.

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Bir məğlubiyyət, min unudulan qələbə

redaktor

Aqil Abbas: “Qurban Qurbanovu gözdən salanlar səhv yol tuturlar, qısqanclıq edirlər”

redaktor

Əfsanəvi hokkeyçi Valeri Xarlamov

admin