Həə, əziz dostlar, necə deyərlər, toplananların yerini dəyişdikdə heç şübhəsiz ki, cəm dəyişmir…
Bu gözəlim məmləkətdə genetikası zədələnib, surəti dəyişdirilmiş çağdaş mətbuatın (indiki halda mədhbuatın!) tərkibində mövcud olan bir sıra əliqələmlilərin, mətbuat, media nümayəndələrinin bugünkü “fəaliyyəti” sayəsində indi də Azərbaycan mətbuatını hemorragik insult vəziyyətinə gətirən (və ya gətirilməsinə şərait yaradan!) qandal sevdalı, diktator prinsipli Rəşad Məcidin müavini (Rəşad Məcidin sadiq olduğu “prinsipləri” qəbul edən şəxs!) Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri təyin edilib…
Təbii ki, dediyim kimi, proqramlaşdırılmış jurnalistlərin itaətizm mahiyyəti, surəti əsasında!..
Demokratik dəyərləri, fikir, söz, mətbuat azadlığını, aydınlığını… qəbul edən bir şəxs illərlə Rəşad Məcid kimi istismarçı düşüncə sahibinin, Allahın qanını qələmin mürəkkəbinə çevirən birisinin rəhbəri olduğu strukturda (Azərbaycan Mətbuat Şurasında) ikinci şəxs (müavin) kimi fəaliyyət göstərib, həmin strukturun rəhbərliyində təmsil oluna bilərdimi?
Əlbəttə ki, yox!..
Olunubsa, olunursa, olunacaqsa,.. demək ki, “yol” eyni, yolçu eyni “prinsiplər”in adamı!.. Dəyişən sadəcə tarixdir!
