Muharibə

Uğurlu əməliyyatlar davam edir…

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin rronları Rosatom-un konteyner gəmisini batırıb. FESCO Yanina gəmisinə gecə Novorossiyskdən təxminən 130 dəniz mili məsafədə beynəlxalq sularda iki dəniz dronu hücum edib. FESCO və Rosatom-un verdiyi məlumata görə, konteyner gəmisi zədələndikdən sonra batıb. Ekipaj xilas edilib.

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya bayrağı altında üzən Yanina konteyner gəmisinə dəyən ziyanın görüntülərini nümayiş etdirib. Ukrayna prezidentinin sözlərinə görə, Rusiya bayrağı altında üzən sanksiya altında olan gəmi Qara və Azov dənizlərinin sularında hücuma məruz qalıb və sonradan batıb. Onun tutumu 100.000 tonu keçib.

Elə həmin gecə Ukrayna Yəhlükəsizlik Xidməti bölmələri Ukraynadan təxminən 1600 kilometr məsafədə yerləşən Başqırdıstanda üç Rusiya neft emalı zavodunun infrastrukturuna zərbə endirib.

“Dəqiqliyinizə görə təşəkkür edirəm!” – Zelenski yazıb.

 

Hazırladı: Dadaş Əhmədli

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Zelenski: 27 ballistik raketdən yalnız biri vurulub

redaktor

Müharibə torpaq, enerji resursları ilə bərabər, milli kimlik uğrunda gedir

redaktor

Ukrayna və Rusiya nə qədər əsgər itirib? – Zelenski yeni rəqəmlər açıqladı

redaktor