İran ABŞ-ın Qeşm adasına zərbə endirdiyini açıqladı.
Fars xəbər agentliyinin Hormozgan əyalətindəki səlahiyyətlilərə istinadən verdiyi məlumata görə, ABŞ-ın gecə endirdiyi zərbə nəticəsində Qeşm adasındakı vacib obyektlərə zərər dəyməyib.
Agentliyin məlumatına görə, hədəflər yaşayış məntəqələrinin xaricində yerləşdiyindən, həyati əhəmiyyətli infrastruktura dəyən ziyanın qarşısı alınıb. Adadakı vəziyyət hakimiyyət orqanlarının nəzarəti altındadır.
