Bu rejim şərləyib tutduğu adamlarla cəzaçəkmə yerində də siyasi qisas xisləti ilə davranır. Çox nümunələr gətirmək olar. Amma Tofiq Yaqublunun hekayəsi bunun obrazlaşmış ifadəsidir. Tofiq Yaqublu Milli Şura Koordinasia Mərkəzinin və Müsavat Partiyasının üzvü olduğu üçün ona ikiqat zülm edirlər. Şəxsi keyfiyyətlərin nəzərə alanda bu zülmün, amansızlığın dərəcəsi daha da artıq.
Tamamilə qurama, saxta, əvvəlcədən hazırlanmış yalan bir ssenari üzrə Tofiq Yaqubluya 9 il iş veriblər. Bu saxta iddiaya “hüquqi” don geyindirən hakimi də mükafatlandırdılar, vəzifəsini yüksəltdilər.
Tofiq Yaqublunun bütün həbsləri şər-böhtan əsasında həyata keçirilib. İstər İsmayıllı hadisəsi olsun, istər “otverka” macarası, istərsə də bazar günü vaxtı kemiş pasporta viza almaq möcüzəsi. Adam guya 20 km-lik fiziki məsafədən nağd rüşvət alıb. Tofiq Yaqublunu sarsıdan da budur. Onu törətmədiyi, ağlına gəlmədiyi belə böhtanla, şər-şəbədə ilə tutublar.
Əsəb və sinir ağrılarından diz qapaqları sızıldayır. Ayağını yerə qoya bilmir. Bir müddət başqasının yardımı ilə hərəkət edirdi. Uzun çək-çevirdən sonra MRT etsələr də cavabını indiyə qədər nə özünə, nə vəkilinə, nə də yaxınlarına vermirlər.
Əlacsız qalan ailə üzvləri bir ay əvvəl ona əsa aparsalar da, onu geri qaytarmışdılar. Hətta bu vəziyyətə belə Tofiq Yaqublu onunla bir cəzaçəkmə yerində olan cəbhəçi Elxan Əliyevin faciəli ailə dramından yazır. Gülməli Karantin uzadılmasına münasibət bildirir və yazır: “Karantin müddəti uzadıldı. Yenə ölkə sərhədləri korona bəhanəsi ilə qapalı saxlanıldı. Azərbaycan dünyada yeganə ölkədir ki, korona virusu adı altında sərhədləri bağlı saxlayır. Əlbəttə ki, bu uydurma bəhanədir.” Və sonda: “Rüfət Səfərova azadlıq tələb edirəm!” Rüfət bəy də Tofiq Yaqubluya qarşı istifadə edilən böhtanın ayrı bir variantı ilə 8 il həbs cəzası verilib. Yeri gəlmişkən Azər bəy Qasımlı da buna bənzər ssenari ilə 12 il həbs cıəzası alıb, hazırda tanınmış vəkil Namizəd Səfərovun da buna bənzər ssenari ilə mühakiməsi başlayıb.
Tofiq Yaqublu döyüş yolu keçmiş bir vətən fədaisidir, haqq yolunun yoçusudur, vicdanı düzlüklə cilalanıb. Əliyevin istibdad rejimi məhz belələrin təqib edir. Bu gün ölkəmizdə vicdanlı olmaq, doğru-dürüst olmaq, millətin haqqın və hüququn tələb etmək keçmişdə zərərli işlərdə işləmək kimi sağlamlığıa ziyan vuran əmələ çevrilib. Tofuq Yaqublu da düz olmağının, dürüst olmağının, vicdanlı olmağının, haqq adamı omağının, millət adamı olmağının bədəlini ödəyir.
