DünyaHadisəKriminal

Komediya, keçmiş və həbs: Türkiyədə əslində nə baş verir?

Türkiyədə tanınmış komediya ustası Deniz Göktaş həbs olunub.

Rəsmi ittihamlar aydındır:

dini dəyərləri təhqir etmək
Prezident Recep Tayyip Erdoğan-ı təhqir etmək

Amma məsələ bununla bitmir. Çünki həmin çıxışda başqa bir məqam da var.

Komediyaçı səhnədə belə deyir:

“Əgər mən qəza törətsəm, məni atam xilas edə bilməz. Mən Erdoğan deyiləm…”

Bu cümlə sadə zarafat kimi görünə bilər.

Amma bu, konkret bir hadisəyə eyham kimi də oxunur.

Söhbət 1 may 1998-ci ildə İstanbulun Şişli rayonunda baş vermiş yol qəzasından gedir.

Həmin vaxt Erdoğan İstanbulun bələdiyyə başqanı idi.

Onun oğlu Burak Erdoğan avtomobil qəzasına qarışmış, qəza nəticəsində tanınmış sənətçi Sevim Tanürek ağır xəsarət almış və bir neçə gün sonra vəfat etmişdi.

Bu hadisə uzun illər müzakirə mövzusu olub.

İndi isə komediyaçı çıxışında məhz bu hadisəyə eyham vurduğu üçün əlavə təzyiq altına düşüb.

Son illərdə Türkiyə ifadə azadlığı ilə bağlı Avropa məkanında ən çox tənqid olunan ölkələrdən biri kimi tanınır…

 

Elbəyi Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

Müctəba Xamenei qorxusundan atası ilə bağlı vida mərasimində iştirak etmədi

redaktor

Arzum9999-un hökmü niyə cəmiyyətdə suallar doğurur?

redaktor

Benzin böhranı Putinin reytinqinə zərbə vurub

redaktor