DünyaMuharibə

Kiyevə raket zərbəsi: Kremlin özünə vurduğu zərbə

Ötən gecə, Rusiya tərəf raketlərlə Kiyevi atəşə tutub və yaşayış binalarını hədəfə alıb. Nəticə üzrə, 27 dinc sakin həlak olub və 91-i yaralanıb. Bu, əslində Rusiyanın özünün-özünə zərbəsidir.

İzah verək…

Putin Ukraynadan müəyyən qədər ərazini götüb saziş əldə edib, bitirmək istəyir bu, müharibəni. Çünki, bu müharibənin, hər saatı, günü əvvəllər Ukraynanın ziyanına işləyirdisə, indi Rusiyanın ziyanına işləyir. Özü də çox pis, çöküş yolunda.

Çünki, zaman dəyişib bu arada və 180 dərəcə. Ukrayna bu saat güclü, həm çox böyük dəstəkli ölkədir. Ukrayna artıq faktiki Qərb, NATO ölkəsi deməkdir. Və bu illərdə Putin özü hiss etmədən, Ukraynadan başlayıb, gəlib Avropa və ABŞ kimi nahəng Qərblə üz-üzə, həm təkcə qalıb əslində.

Ona görə Ukraynaya, özü də paytaxt Kiyevə və yaşayış binalarına ağrılı raket zərbələri vurur ki, bu gediş Ukraynanı danışıqlar stoluna oturtsun. Yanlış düşüncədir. Ukrayna artıq, əsla danışığa getməz. Rusiyadan tələbini edər ki, ərazilərdən çıx get. Əksinə, hər belə zərbə ilə Rusiya dərin oyuna girir: varlı Qərblə, kasıb Rusiya oyununa.

Oyun da sadə desək belədir. Elə bil varlı kasıbı çökdürmək üçün tovlayıb deyir, gəl yarışaq: pul yandıraq. Kasıb da aldanıb girir oyuna. Varlının 100 mini var, kasıbın da cəmi, 1000-i var. Varlı jestlə 1000-yandırır, kasıb deyir, nəyim əskikdi,  və o da acıqla götürür, 1000-i yandırır. Varlının 99 mini qalır, kasıb ayılıb görür ki, vay, heç nəyi. Bu saatlar Rusiya ilə Qərbin Ukrayna üzərindən savaşı, budur: Putini oyuna salıb Rusiyani bitir! Əsas da Tramp Putinin başını qatır, oyuna salır.

Qərb strateqlərinə elə bu lazım idi: Rusiyanı bu oyuna gətirmək. Gətiriblər, artıq. Bu saat, Qərb daxilində gizli söhbətlər Ukraynanın müdafiəsi barədə deyil ki? Müdafiə qurulub artıq. Bu saat söhbət, Rusiyanın çöküşündən gedir. Putininsə, öz əli ilə özünü və Rusiya Federasiyasını da bu saldığı bataqlıqdan çox çətin olacaq, çıxması…

P. S.
Ukraynadakı dağıntıları müharibə sonrası Qərb tezliklə və çox keyfiyyətli bərpa edəcək, Rusiya isə içindəki dağıntıları bərpaya on illər lazımdır. Çox nahaq girdi Putin bu savaşa, düşünmədən.

 

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

O, təkbaçına millisini çempion etdi

admin

Pistorius: Ukraynadakı müharibə həlledici mərhələyə qədəm qoyub

redaktor

Rusiya xam neftini ucuz satıb, əvəzində baha benzin alır…

redaktor