Tarix

Bir fotonun izi ilə. Erməni saxta soyqırım iddiaları necə ifşa edildi

Ermənilər kilsənin uydurduğu soyqırım yalanlarına saxta fotolar, kadrlar və sənədlər də daxildir. Ermənilər tərəfədən tarixi fakt kimi təqdim edilən, lakin əslində bədii filmlərdən, teatr tamaşalarından götürülmüş və ya tamamilə fərqli dövrlərə aid olan bir çox saxta fotoşəkil mövcuddur. Erməni təbliğatı vizual effekt yaratmaq üçün bu üsuldan tez-tez istifadə edir.

Belə saxta fotolardan biri də aşağıda sizə təqdim etdiyimdir. Erməni mənbələri bu şəkli adətən “Osmanlı məmuru ac erməni uşağına çörək göstərərək onu ələ salır, digər əlində isə kəllə sümüyü tutur” iddiası ilə yayırlar.
Rusiya, Qərb və digər ölkələrdə yaşayan erməniləri kənara qoyaq, tanınan şəxslər də erməni yalanın təsiri altına düşürlər. Bu foto ilə bağlı ciddi araşdırmalar aparılıb və bir çox ekspert və şəxslər bunun ermənlər tərəfindən MONTAJ edilərək yalan xəbər kimi dünyaya yaymasını sübut ediblər

Həmin dövrdə İngiltərə Türk Dərnəkləri Federasiyasının baş koordinatoru olan Servet Hassan Oxford Nəşriyyatının tarix redaktoru Kristofor Vellərə şikayət məktubu göndərmişdir. 2009-cu ilin payızında Ankara Bilkənd Universitetindən Dr. Ceremi Salt və digərləri bu fotoşəkilin saxta olduğunu sübut etdilər.

Saxtakarlıq barədə məlumatlandırıldıqdan sonra Oxford Universiteti Nəşriyyatının (OUP) reaksiyası belə oldu: səhvini etiraf etdi. Vellər yazdığı cavabda fotonun saxta olduğunu qəbul etdiklərini və hətta anbarlarındakı bütün kitabların məhv edildiyini bildirmişdir. Lakin sonrakı nəşrlərdə fotoya yenidən yer ayırarkən, ermənilərin etdiyi saxtakarlıqlara bir nümunə kimi təqdim edib:

“Bu fotonu ermənilərin saxtakarlığını sübut etmək üçün yenidən dərc edirik. Halbuki türklərə aid edilə biləcək hər hansı saxta sənəd olmadığı kimi, soyqırımı törədildiyinə dair heç bir rəsmi yazışma, fotoşəkil, plan və s. də mövcud deyil.”

Kitabın adı isə belədir: “A book authored by Donald Bloxham entitled The Great Game of Genocide: Imperialism, Nationalism and the Destruction of the Ottoman Armenians was published in 2005 as a hardback, and as a paperback in 2007 by Oxford University Press (OUP).”

Bu saxta fotounu hazırlayan usə Birinci Dünya Müharibəsi dövründə Britaniya Krallığının Diyarbəkirdəki keçmiş prokonsulu olmuş, əslən erməni Tomas K. Mügərdiçyandır. O, Qahirədə “Kodak” materiallarından istifadə edən bir fotostudiyada iki tamamilə fərqli şəkli birləşdirib. Bu zərf sübut edir ki, Mügərdiçyan 1915-ci il hadisələri zamanı deyil, müharibədən sonra — 1919-cu ildə Misirin paytaxtı Qahirədə olarkən saxta fotonu hazırlayıb. O dövrdə Qahirədə fəaliyyət göstərən və Kodak materialları satan foto-studiyalardan birində bu kəsmə, yapışdırma və yenidən fotoşəklini çəkmə işləri görülüb.

O, “Osmanlı məmuru ac erməni uşaqlarını əlində çörək tutaraq ələ salır” hekayəsini uydurmaqla, Qərb dünyasında türklərə qarşı nifrət oyatmaq və ermənilərin “qurban” statusunu təbliğ etmək istəyirdi. Hətta 1980-ci illərdə digər erməni müəllifləri bu fotoları dünya müharibəsi ensiklopediyalarına yerləşdirərək saxtakarlığı davam ediblər.

Şəkildə dayanan kişi əslində tam fərqli coğrafiyada qazıntı aparan bir şəxs olub, onun əlinə montajla çörək və digər əlinə kəllə sümüyü yerləşdirilib. Qarşısındakı ac uşaq fiquru isə tamamilə fərqli bir aclıq regionundan kəsilərək bura yapışdırılıb.

“Türklərin deportasiya etdiyi ermənilər” kimi təqdim etdiyi ac, bir dəri bir sümük qalmış insan rəsmlərinin böyük qismi əslində müharibə dövründə Livanda acından ölən ərəb əhalisinin rəsmi sənədli fotoları olub. Erməni icması bu faciəli fotoları Livan arxivlərindən oğurlayaraq Osmanlı əleyhinə ermənilər kimi istifadə ediblər. Fotoda montajın izlərini gizlətmək və fokus nöqtəsini dəyişmək üçün şəklin kənarları müxtəlif nəşrlərdə fərqli formala kəsilmişdir.

Həmin dövrdə coğrafiyada olan missionerlər və hərbiçilər də təsdiq ediblər ki, , erməni tərəfinin “Anadolu və Diyarbəkir” hadisələri kimi dünyaya sırımağa çalışdığı ac insan dramı vizualları, əslində Beyrut coğrafiyasındakı aclıq fəlakətinin qurbanı olan müsəlmanlardır.
Hətta erməni müəlliflərindən olan Abraham D. Krikorian and Eugene L. Taylor “The saga surroundıng a forged photograph from the era of the armenıan genocıde demonızıng and vılıfyıng a “cruel turkısh offıcıal”: a part of “the rest of the story” adlı ciddi araşdırmalarında erməni kiləsi və erməni saxtakarlarının iç üzünü ortaya qoyublar.

Prof.Dr.Zaur Aliyev

Tacxeber.com

Oxşar xəbərlər

Ailəsi üçün canından keçən Davud xan Naxçıvanski

redaktor

Erməni soyqırım yalanları

redaktor

Bu onun ilk və son dəfə təyyarəyə minməyi idi

admin