Futbol üzrə hər dünya çempionatından sonra dünyanın simvolik komandası tərtib edilir. Demək olar ki, həmişə çempion komandadan bir neçə oyunçu simvolik komandaya daxil edilir.
Argentina 1986-cı ildə dünya çempionu olanda isə onun heyətindən cəmi bir nəfər simvolik komandaya daxil edildi – Dieqo Maradona. Bu, Argentinanın digər oyunçularına qarşı heç də haqsızlıq deyildi. Onları ortabab oynadılar, amma komandanı Maradona təkbaşına çempion etdi.
1986-cı il dünya çempionatının simvolik komandası:
Qapıçı: Şumaxer (Qərbi Almaniya).
Müdafiəçilər: Jozimar (Braziliya), Amoros və Bossis (Fransa).
Yarımmüdafiəçilər: Kulemans (Belçika), Maqat (Almaniya), Platini (Fransa), Maradona (Argentina).
Hücumçular: Elkyer-Larsen (Danimarka), Butraqenyo (İspaniya), Lineker (İngiltərə).
Məncə, 1986 çempionatı yarımfinala belə çıxmayan ölkələrin (Braziliya, Danimarka, İspaniya, İngiltərə) simvolik komandada ən çox təmsil olunduqları çempionatdır.
