Gürcüstan, Borçalı türkləri bu gün. İran molla rejiminin “inqilab ixracı” taktikasının bir əsas növü də, Aşuradır. Mütləq deyil ki, Yəməndə, Livanda olduğu kimi, proksilər yaradıb, silahlı qırğınla “Xomeyni inqilabını” edib, sonra isə o camaatın beynini Aşura narkotiki ilə yuyasan.
Budur, “inqilabı” Gürcüstandakı kimi də etmək olar. Gürcüstan hökuməti, gürcü millətçilərilə İran emissarları danışır, ikitərəfli mənfəətli bir “sdelka” edirlər. Sayca ən böyük etnik qrupun, 500 minlik türk toplumunun türk milli kimliyi içinə “Aşura narkotiki” yeridib də deqradasiya, edib milli ruhunu zəiflədərik, gürcü milli ruhu qarşısında. Siz də, imkan verin ki, bu toplumu öz, “xomeynizm” ideologiyamızla idarə edək. Nəticə üzrə, həm sizə xeyirli olsun, həm bizə!
Və çox maraqlıdır ki, İran rejimi “inqilab ixracı” zəhəri üçün hədəf kimi əsasən harda bir türk milli toplumu var, eşib-qurdalayır da onu seçir. Bu rejimin “işi-gücü” türk milli toplumları ilədir. İran bu iş üçün, milyardlarla neft pulu buraxır.
“Sdelkanın” nəticəsi isə budur, bu, son illərdə. Əsasən, Şimali Qafqazdan enən mərd, sünni məzhəbli, Qarapapaq mənşəli Borçalı türkləri bu gün Şiə məzhəbi də deyil, şiə adı ilə İranın “xomeynizm” ideologiyası əsirinə çevrilmişlər.
Ancaq, belə getməyəcək, Tezliklə, Gürcüstan hökuməti və milli təəssübkeşləri, bu addımla böyük səhv etdiklərini anlayacaqlar. Çünki bu “xomeynizm” məzhəkəsini gətirib yayanlar öz İran molla rejimi xislətlərinə uyğun, bu ölkədə özlərinə yaxşıca yer edən kimi, hədlərini aşıb, Gürcüstanın dövlətçiliyi mənafeyinə toxunan ifrat addımlarla, izafi tələblər də irəli sürəcək. Yeri gələrsə, beyni yuyulmuş türk toplumunu dövlətə qarşı çevirmək təhdidinə keçəcəklər!
O zaman, çətin də olsa, Gürcüstan hökuməti həmin emissarları ölkədən qovmalı, “Aşura narkotiki” şou tədbirlərini ləğv etməli, ölkəni bürümüş, yerlilərdən “verbovka” olunmuş İran agentura şəbəkəsini zərərsizləşdirməli olacaq. Anlayacaq ki, nə yanlışlə mollalara aldandıq!
