28 C
Bakı
13 Sentyabr 2026 20:15
Gündəmİqtisadiyyat

Azərbaycanda aqrar sahənin inkişafı ilə bağlı inqilabi islahatlar həyata keçirilib -Zeynal Nağdəliyev

Deyir ki, “Azərbaycanda 2015-2025-ci illərdə aqrar sahənin inkişafı ilə bağlı inqilabi islahatlar həyata keçirilib”.

Deyirəm ki, Azərbaycan son 10 (2015-2025-ci illər) ildə kənd təsərrüfatı məhsulları idxalını 2,6 dəfə artırıb. 2015-ci ildə ölkəyə cəmi 0.9 milyard dollar dəyərində yeyinti məhsulları idxal edilmişdirsə, 2025-ci ildə bu göstərici 2,6 milyard dollara çatib.

Deyir: “Bu dövr ərzində çayçılıq, çəltikçilik, sitrusçuluq, , tütünçülük, baramaçılıq və pambıqçılığın inkişafına dair dövlət proqramları qəbul edilib”.

Deyirəm ki, qəbul edilən dövlət proqramlarının heç biri yerinə yetirilməyib. Fındıqçılıqla bağlı dövlət proqramı isə ümumiyyətlə qəbul edilməyib.

Deyir ki, “…görülən tədbirlər nəticəsində şərabçılıq kimi ənənəvi sahədə istehsal və ixrac potensialı əhəmiyyətli dərəcədə artıb”.

Deyirəm ki, dövlət proqramı qəbulundan sonra şərab istehsalı və ixracı dəfələrlə azalıb.

Deyir “… bir sıra əsas məhsullar üzrə özünütəminetmə səviyyəsi yaxşılaşıb, meyvə-tərəvəz və yumurta üzrə tam özünütəminetmə səviyyəsinə nail olunub. Ət, süd, balıq, və kartof məhsulları üzrə də özünütəminetmə səviyyəsində müsbət dinamika müşahidə olunub”.

Əslində isə Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi normaya uyğun olaraq, özünü yalnız tərəvəz və bostan məhsulları ilə təmin edə bilir. Azərbaycan yumurta ilə özünü cəmi 67%, ətlə 49,3%, balıqla 34,9%, sudlə 46,1%, kartofla 55,9% təmin edə bilir.
Suvarma suyu ilə təminat isə bərbad vəziyyətdədir.

 

Vahid Məhərrəmli Qınıq

Tacxeber.com

Oxşar xəbərlər

BRİCS yüz dəfə də toplaşsa, ciddi siyasi və iqtisadi güc mərkəzinə çevrilə bilməyəcək

redaktor

İsveçdə bu gün seçkilərdir. Hakimiyyətdə sağçılar, müxalifətdə isə solçulardır.

redaktor

Beş addımla rahatlıq planı

redaktor