17 C
Bakı
28 Oktyabr 2026 11:33
DünyaSiyasət

Cəmiyyəti ən çox məsuliyyətsiz ziyalılar yanıldır

Biri iddia edir ki, “insanı digər canlılarından fərqləndirən inancının olmasıdır”. O birisə də onu təsdiq edir və əlavə edir ki, “Fələstində bizim din məsələsində namus bildiyimiz məscid var”. Ən acınacaqlısı isə odur ki, bunların hər ikisi də ziyalı adına iddialıdır. Bu Azərbaycanda ziyalı anlayışının ilkin mənasını və dəyərini itirdiyini göstərməklə yanaşı, ictimai rəyə belə təhlükəli fikirləri təlqin edənlərin məsuliyyətsizliyindən xəbər verir.

Birinci hələ də bilmir ki, insanları digər canlılarından fərqləndirən inancının özü deyil, bu inancın yaranmasına imkan verən şüurun olmasıdır. Əgər özünü “ziyalı” sayan bir şəxs “insanın inancı olar” deyirsə, deməli Azərbaycan xalqının ən böyük fikir adamı Mirzə Fətəli Axundzadədən xəbərsizdir. Mirzə Fətəli Axundzadədən xəbərsiz olan Mirzə Ələkbər Sabirin, Mirzə Cəlilin yaradıcılığını anlaya, Üzeyir Hacıbəylinin ölməz əsərlərinin ruhunu duya bilməz. Mirzə Fətəli Axundzadədən xəbərsiz olan “ziyalı” bu açıqlaması ilə Azərbaycan Xalq Cümhuriyyəti də daxil bütün cümhuriyyəti doğuran fəlsəfədən xəbərsiz olduğunu göstərir.

“Fələstində bizim din məsələsində namus bildiyimiz məscid var” deyən “ziyalı” ya anlamır, ya da şüurlu şəkildə radikal dini qruplaşmların və terror təşkilatlarının şüarlarını ligitimləşdirir. İslam dünyasında radikal dini qrupların yaranmasını araşdıran sosioloqların ortaq qənaəti belədir ki, Yeruselimdəki (Qüds)  Əl-Əqsa məscidi radikal dini qrupların yaranmasına imkan verən ən güclü dini səfərbərlik amilidir.

Təəssüf ki, Azərbaycan ictimai rəyinə hər gün onlarla belə zərərli fikir aşılanır. Bunun nəticəsi çox pis ola bilər.

 

Xəqani Cəfərli
Tacxeber.com

Oxşar xəbərlər

Ramiz Mehdiyevin minlərlə mənzili: Hamısı dövlətə qaytarılacaqmı?

redaktor

Ayzenkot dövrü başlayır? İsraildə siyasi balans dəyişə bilər

redaktor

İsraildə parlament seçkiləri

redaktor